Əsas Səhifə > Siyasət, Manşet > HEYDƏR ƏLİYEV YOLU İCTİMAİ BİRLİYİ YARADILIR

HEYDƏR ƏLİYEV YOLU İCTİMAİ BİRLİYİ YARADILIR


31-08-2012, 14:37
HEYDƏR ƏLİYEV YOLU İCTİMAİ BİRLİYİ YARADILIR

SABİQLƏR BİR ARADA: MƏHƏRRƏM ƏLİYEV SİRUS TƏBRİZLİ İLƏ GÖRÜŞÜB

DİA.AZ: - Bir müddət əvvəl siyasətlə məşğul olmayacağını və hansısa yeni vəzifəyə ümid bəsləmədini bildirən Azərbaycanın Tacikistandakı keçmiş səfiri, Bakı Baş Polis İdarəsinin sabiq rəisi Məhərrəm Əliyev deyəsən, vədinə xilaf çıxmaq üzərədir. Çünki redaksiyamıza daxil olan məlumatlardan bunun tam əksi müşahidə olunur. Belə ki, mötəbər mənbələrin DİA.AZ-a ötürdüyü xəbərə görə, bu günlərdə keçmiş «qorotdel» şefi hələ 2007-ci ildən hakimiyyətə qarşı ağır ittihamlar səsləndirən keçmiş mətbuat və informasiya naziri Sirus Təbrizli ilə bir araya gəlib.

Xatırladaq ki, Sirus Təbrizli 2007-ci ildə iqtisadi cinayətlərə görə mühakimə olunan keçmiş səhiyyə naziri Əli İnsanova böyük dəstəki verməklə yanaşı, bütün xalqı Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin əleyhinə aksiyaya səsləmişdi. Doğrudur, həmin aksiya baş tutmasa da, sonradan da keçmiş nazir Ramiz Mehdiyevin əleyhinə açıqlamalarını bir-birinin ardına düzmüş oldu.

İndi isə belə bir antiYAP-çı ilə, zamanında hakim partiyanı «simasız quldurlar partiyası» adlandırmış bir sima ilə bir yerdədir. Əldə etdiyimiz məlumatlardan aydın olur ki, Məhərrəm Əliyev Sirus Təbrizli ilə Bakıakı istirahət mərkəzlərinin birində görüşüb və onların arasında çox səmimi söhbət olub: «Onlar hələ vəzifə başında olarkən dostluq münasibətində olublar və bu görüş də Məhərrəm Əliyevin Bakıya dönüşündən sonra baş tutan ilk görüş deyil. Sadəcə olaraq, bu görüşdə siyasi söhbətlər olub».

Mənbəmiz iddia edir ki, Məhərrəm Əliyevi yeni təşkilatın yaranmasının vacibliyinə inandırmağa çalışan Sirus Təbrizli hətta yeni təşkilatına ad fikirləşib də tapıb: «Keçmiş nazir «Heydər Əliyev Yolu İctimai Birliyi»nin yaradılmasının vacibliyindən danışıb və bu təşkilatda bütün sabiqlərin bir araya cəmləşməsini məqsədə uyğun hesab edib».

Lakin gələn məlumatlarda keçmiş polis rəisinin Sirus Təbrizlinin məlum ideyasına hansı reaksiyanı verdiyi məlum olmasa da, aydın olanı odur ki, artıq belə bir ideya var və Məhərrəm Əliyevin də adı bu işdə hallandırılır.

Geri qayıt