Əsas Səhifə > Gündəm, Manşet > NAZİRİMİZDƏN 3 AYLIQ NƏVƏSİNƏ 3 MİLYONLUQ VİLLA

NAZİRİMİZDƏN 3 AYLIQ NƏVƏSİNƏ 3 MİLYONLUQ VİLLA


31-08-2012, 14:10
NAZİRİMİZDƏN 3 AYLIQ NƏVƏSİNƏ 3 MİLYONLUQ VİLLA

NƏVƏ ZİYA MƏMMƏDOV ÜÇÜN İSTANBULDA BOĞAZ MƏNZƏRƏLİ VİLLA ALINDI

DİA.AZ: - Keçən günlərdə yayılan məlumatlardan aydın oldu ki, iyun ayının 1-də Londondakı Baku restoranı VİP tədbirlə əlaqədar bir gecəliyə bağlı olub. Məlumatlarda deyilirdi ki, Bakıdan və müxtəlif ölkələrdən gələn yüzlərlə qonaq nəqliyyat naziri Ziya Məmmədovun nəvəsinin dünyaya gəlişini qeyd ediblər.

Bildirək ki, nəvəni babasının şərəfinə Ziya adlandırıblar. Təntənəli gecədə uşağın ata və anasının yaxın qohumları, işgüzar tərəfdaşlar iştirak ediblər. Xatırladaq ki, bir il əvvəl Z.Məmmədovun oğlu Hesablama Palatasının sədri Heydər Əsədovun qızı ilə ailə qurub.

Bu barədə yayılan məlumatlardan isə aydın olurdu ki, Ziya Məmmədovun nəvəsi artıq Bakıdadır. Mənbə bildirir ki, onun Bakıya gəlişi zamanı da böyük törən təşkil olunub və hətta 100-ə yaxın qurban kəsilib:

«Həmin kəsilən qurbanların ətləri isə kimsəsizlər, körpələr evlərinə verilib. Nazir bildirib ki, onun nəvəsinin dünyaya gəlişi qoy, neçə-neçə kimsəsiz körpəni də sevindirsin».

DİA.AZ-a daxil olan məlumatlara görə, bu günlərdə isə Ziya Məmmədov nəvəsinin şəninə daha bir addım atıb. Bu barədə redaksiyamızı bilgiləndirən məlumatlı mənbə iddia edir ki, NN şefi hələ bir yaşı tamam olmayan nəvəsinə Türkiyənin İstanbul şəhərində füsunkar boğaqz mənzərəli villa alıb, hədiyyə edib. Məlumata görə, qiyməti 3 milyon ABŞ dolları həcmində olan villa nəvə Ziya Məmmədovun adına rəsmiləşib.

Geri qayıt