Əsas Səhifə > Hadisə > ƏVƏZ ZEYNALLI KÜRDƏXANI TƏCRİDXANASINA APARILIB

ƏVƏZ ZEYNALLI KÜRDƏXANI TƏCRİDXANASINA APARILIB


29-10-2011, 16:51
ƏVƏZ ZEYNALLI KÜRDƏXANI TƏCRİDXANASINA APARILIB

BAŞ REDAKTOR MƏHBƏSƏ KÖÇÜRÜLDÜ

«Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallı oktyabrın 29-da Bakının Kürdəxanı qəsəbəsindəki müvəqqəti saxlanma təcridxanasına aparılıb.

Bu barədə Azadlıqradiosuna baş redaktorun həyat yoldaşı Məlahət Zeynallı məlumat verib.


Bildirək ki, Baş Prokurorluq «Xural» qəzetinin baş redaktorunun həbsi ilə bağlı məlumat yayıb.

Məlumatda Əvəz Zeynalovun deputat Gülər Əhmədovanın şikayəti əsasında həbs edildiyi bildirilir.

«İstintaq müəyyən edib ki, Əvəz Zeynalov Gülər Əhmədova barəsində şəxsi və işgüzar nüfuzuna xələl gətirən məlumatların olduğunu, həmin materialların qəzetdə çap olunacağını bildirməklə ondan 10 min manat rüşvət tələb edib».

Baş prokuror yanında Korrupsiya qarşı Mübarizə İdarəsində Əvəz Zeynalov barəsində Cinayət Məcəlləsinin 311.3.3 və 311.3.4-cü (rüşvət tələb etmə) maddələri ilə cinayət işi başlanıb. İstintaq davam etdirilir», - deyə məlumatda bildirilir.

İttiham təsdiq olunarsa, baş redaktoru əmlakı müsadirə olunmaqla 8 ildən 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.

Jurnalistin özü ittihamları rədd edir.

Geri qayıt