Əsas Səhifə > Şou-biznes > CAMAAT NƏ HAYDA, BUNLAR NƏ HAYDA

CAMAAT NƏ HAYDA, BUNLAR NƏ HAYDA


31-08-2012, 13:58
CAMAAT NƏ HAYDA, BUNLAR NƏ HAYDA

ŞOU ƏHLİ AD GÜNÜNDƏ "VUR-ÇATLASIN" ETDİ

Daha öncə də xəbər vermişdik ki, “Rəngarəng” verilişi bu dəfə sürprizli buraxılış hazırlayıb.

Şou əhlini bir araya toplayan rejissor Aynurə Tahirqızı ilə aparıcı Zaur Nəbioğlunun Lider kanalında çalışan bəzi aparıcılar üçün hazırladığı sürpriz bəlli oldu. Milli.Az xəbər verir ki, bütün bu hazırlıqların və müğənnilərin teleaparıcıları qaçırmalarının səbəbi Lider telekanalının ad günü idi.

Tanınmış müğənnilər Nadir Qafarzadə, Samira Allahverdi, Zarina Məmmədova, Elçin Cəfərov, Samir Piriyev, Yeganə, teleaparıcılar Zaur Mirzəyev, Murad Arif, Zabir Əliyev, Ramin İbrahimov və Lamiyyə Ələkbərova bir arada “vur-çatlasın” qoparıb Lider telekanalını təbrik etdilər.

Mərasimdə baş verənlərin şahidi olmaq istəyirsinizsə, bu gün saat 21:00-da Lider TV-də yayımlanan “Rəngarəng” verilişini izləyə bilərsiniz.

Geri qayıt