Əsas Səhifə > Ölkə > AĞDAMDA TOTAL PULTOPLAMA KAMPANİYASI

AĞDAMDA TOTAL PULTOPLAMA KAMPANİYASI


31-08-2012, 13:45
AĞDAMDA TOTAL PULTOPLAMA KAMPANİYASI

İCRA BAŞÇISI PREZİDENTİN ADINDAN PUL YIĞIR

Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Nizami Sadıqov barədə ilginc məlumatlar daxil olub. Rayon sakini Elnur Abdullayev iddia edir ki, Nizami Sadıqov avqust ayının 11-də rayon icra hakimiyyətində fövqəlada toplantı keçirib. Sözü gedən toplantında icra başçısı özünün müavinlərindən tutmuş rayonda idarə, müəssisə və təşkilatların rəhbərlərinə 5000 min manat “taksa” qoyub.

Daxil olan məlumatlarda qeyd edilir ki, Nizami Sadıqov rayonda bütün məmurlardan prezident İlham Əliyevin tapşırığı ilə tikiləcək İnformasiya Mərkəzi üçün pul yığımına start verib. İcra başçısı bunu onunla əsaslandırıb ki, sözü gedən mərkəzin tikintisinə dövlət pul ayırmadığından, həmin tikintiyə çəkiləcək xərci onlar ödəməlidirlər. Nizami Sadıqov bu minvalla hər bir idarə müdirinə avqust ayının sonuna qədər 5000 manat pul öhdəliyi qoyub. Hətta icra başçısı müavinlərinində hər birinin ümumilikdə 5000 manat pul verməsini də tələb edib.

Bundan əlavə daxil olan məlumatlarda bildirilir ki, rayonda icra başçısının tapşırığı ilə dəfələrlə pul yığılıb. Lakin bu səfər məbləğ yüksək olduğundan Nizami Sadıqov rayon məmurlarından pulu özü şəxsən yığmağı qərarlaşdırıb. Məlumatlara görə, artıq icra başçısının özbaşınalıqlarına dözməyən bir neçə idarə müdiri vəzifələrindən azad olunmaları ilə bağlı ərizə yazıblar. Vəziyyət o həddə çatıb ki, rayonun prokuroru, vitse spiker Bahar Muradovanın qohumu olan Kamran Əhmədov icra başçısının məmurlardan rüşvət tələb etməsinə əhəmiyyət vermir. \ AzeriNews \

Geri qayıt