Əsas Səhifə > Hadisə > HƏBSDƏKİ OMON-ÇULAR VƏKİLLƏRİ İLƏ GÖRÜŞDÜ

HƏBSDƏKİ OMON-ÇULAR VƏKİLLƏRİ İLƏ GÖRÜŞDÜ


31-08-2012, 12:17
HƏBSDƏKİ OMON-ÇULAR VƏKİLLƏRİ İLƏ GÖRÜŞDÜ

ONLARIN İŞİ AVROPA MƏHKƏMƏSİNƏ GÖNDƏRİLİR

DİA.AZ: - Qobustan Qapalı Tipli Həbsxanasında ömürlük həbsə məhkum edilmiş Səfa Poladov və Arif Kazımovun işi Avropa Məhkəməsinə göndərilir. Bu barədə keçmiş OMON-çuların vəkili Elçin Sadıqov deyib.

O bildirib ki, dünən Arif və Səfa ilə həbsxanada görüşüb. Görüşdə məqsəd onlara baş çəkmək, problemləri və qalma şəraitləri ilə tanış olmaq, habelə barələrindəki işi Avropa Məhkəməsinə göndərmək üçün etibarnamə almaq olub. Sadıqov deyib ki, etibarnamə aldıqdan dərhal sonra işi Avropaya göndərəcək.

Xatırladaq ki, Arif Kazımov və Səfa Poladov 1996-cı ildə ömürlük həbsə məhkum olunublar. Onların adları Avropa Şurası və ABŞ Dövlət Departamentinin ilk siyasi məhbuslar siyahısında da var.

Geri qayıt