Əsas Səhifə > Hadisə > SABİRABADDA POLİS ƏMƏKDAŞINI GÜLLƏLƏDİLƏR

SABİRABADDA POLİS ƏMƏKDAŞINI GÜLLƏLƏDİLƏR


31-08-2012, 12:11
SABİRABADDA POLİS ƏMƏKDAŞINI GÜLLƏLƏDİLƏR

HADİSƏ AİLƏ-MƏİŞƏT ZƏMİNİNDƏ BAŞ VERİB

DİA.AZ: - Dünən axşam saat 21.00 radələrində Sabirabad rayonunun Cəngən kəndində qanlı cinayət hadisəsi baş vermişdir.

DİA.AZ-a daxil olan məlumata görə, kənd sakini 1986-cı il təvəllüdlü Gülhüseyn Abıyev ailə-məişət münaqişəsi zəminində həmkəndlisi 1960-cı il təvəllüdlü Azad Zeynalovu və polis sahə müvəkkili Eldəniz Quliyevi qoşalülə ov tüfəngi ilə güllələmişdir. Hər ikisi hadisə yerində ölmüşdür. G.Abıyev həbs olunmüşdur.

Geri qayıt