Əsas Səhifə > Ölkə > ABİDİN FƏRZƏLİYEVƏ GÜVƏNƏN ÖZBAŞINALIQ
ABİDİN FƏRZƏLİYEVƏ GÜVƏNƏN ÖZBAŞINALIQ30-08-2012, 15:51 |
“ALTES QRUP” HƏLƏ DƏ FƏHLƏLƏRİN PULUNU VERMƏYİB Nərimanov rayonun icra başçısı Abidin Fərzəliyevə məxsus olduğu bildirilən «Altes Qrup» Tikinti Şirkətində işləyən fəhlələr pullarını ala bilmədiklərindən şikayət etməyə başlayıblar. GUNDEMİNFO.AZ –a müraciət edən fəhlələr bildirirlər ki, onlar Bakı Şəhəri mətbuat prospektində olan və şirkətə məxsus olan yaşayış binasında işləsələr də əmək haqlarını ala bilmirlər. Fəhlələr bildirirlər ki, onları tikintidə işləməyə aparan Etibar adlı bir makler olub. Binanın daxilində suvaq işlərini həyata keçiriblər. İşlərini başa çatdırsalar da, onları işə düzəldən maklerdən xəbər olmayıb. Etibar yoxa çıxandan sonra isə fəhlələr pullarını ala bilməyiblər. Xatırladaq ki, DİA.AZ olaraq bu mövzuya diqqət ayırmışdıq. Amma təəssüflər olsun ki, hələ də aidiyyatı şəxslər problemin həlli istiqamətində heç bir addım atçayıblar. Əksinə münasibətini öyrənmək istədiyimiz şirkət nümayəndələri yalnız hədə ilə danışıblar ki, bu da icra başçısına güvənən “Altes Qrup”un özbaşınalığından xəbər verməkdədir. Məsələ ilə bağlı olaraq Abidin Fərzəliyevin də mövqeyini dinləməyə hazırıq. Geri qayıt |