Əsas Səhifə > Ölkə > İCRA BAŞÇISININ SOVET NOSTALGİYASI

İCRA BAŞÇISININ SOVET NOSTALGİYASI


30-08-2012, 15:13
İCRA BAŞÇISININ SOVET NOSTALGİYASI

BƏRƏDƏDƏ İDARƏ İŞÇİLƏRİ “SUBBOTNİK”Ə CƏLB OLUNUB

Bərdə şəhərində təmir-tikinti işlərinə başlanılıb. Bu barədə gozetci.az portalına yerli sakinlər məlumat verib. Məlumata görə, 3-4 gündür ki, Bərdədə yenidənqurma işlərinə başlanılıb və bu səbəbdən də yollar bağlanıb və buna görə də şəhərin əsas yollarında tıxaclar yaranır.

Məlumatda bildirilir ki, bütün yerli idarə və müəssisələrin işçiləri təmizlik və abadlıq işlərinə cəlb olunublar, şəhərdəki şəkillər, işıq dirəkləri və sair yerlər yenidən rənglənir.

Bu təmir-tikinti işlərinin yaxın günlərdə prezidentin Bərdəyə səfər etməsi ilə əlaqədar olduğu bildirilir. "Başqa vaxt sakinlər yolların və digər obyektlərin təmir edilməsi haqda aidiyyəti qurumlara müraciət etsələr də, baxan olmurdu. Amma indi dayanmadan təmir-tikinti işləri aparılır", - deyə sakinlər bildirib.

Yazı ilə bağlı Bərdə Rayon İcra Hakimiyyətinin mövqeyini öyrənməyə hazırıq.


Geri qayıt