Əsas Səhifə > Cəmiyyət > SÜRÜCÜLƏR NƏDƏN GÜRCÜSTANA QAÇIR?

SÜRÜCÜLƏR NƏDƏN GÜRCÜSTANA QAÇIR?


30-08-2012, 14:41
SÜRÜCÜLƏR NƏDƏN GÜRCÜSTANA QAÇIR?

BİZDƏ MAŞIN TƏMİRİ DƏ İKİ DƏFƏ BAHADIR

Son üç ildə minik avtomobilləri servisində maraqlı proses gedir: Azərbaycanlı avtomobil sahibləri təmir üçün uzun məsafə qət edərlər (1000 km-ə qədər). Beləliklə, qonşu ölkəyə pul axını üçün daha bir yol yaranıb.

Avtomobilçilər bildirir ki, Gürcüstanda Avropa istehsalı olan avtomobillərin təmiri Bakı və ya başqa şəhərdəkindən iki dəfə ucuz başa gəlir. Bu, profilaktoriyaların çox pul tələb etməsi ilə bağlı deyil. «Ehtiyat hissələr Gürcüstanda iki dəfə ucuzdur. Şin, əyləc, şüşə və s. dəyişdirilməsi ucuzdur və ona görə bütün Azərbaycan boyu yol gedib Tbilisidə dincəlmək lazım gəlir», deyə bakılı Nazim Məmmədov Turan-a bildirib. Onun sözlərinə görə, bu yaxınlarda “Mercedes”ini $1000-a təmir etdirib. Bakıda bu, $2000-a başa gələrdi.

Bu prosesdən xarici markaların distribütorları də xəbərdardır. Almaniya avtomobillərinin distribütor şirklətlərinin birində Turan-a deyiblər ki, buna səbəb Saakaşvili rejimidir. «Ölkədə korrupsiya yoxdur, idxalçılar yalnız rəsmi gömrük rüsumun ödəyir, Azərbaycanda belə deyil».

Maraqlıdır ki, xarici markalar Azərbaycana Gürcüstandan daxil olur.

Avtomobilini əsaslı təmir etdirmək istəyənlər Gürcüstana gedir. Ekspertlər hesab edir ki, bu yolla Gürcüstana ildə bir neçə milyon dollar axır. Qeyd edək ki, son illər Azərbaycan vətəndaşları Gürcüstana kurortlarına daha çox gedir. Orada turizm xidməti daha ucuz, xidmət keyfiyyəti bizdəkindən daha yüksəkdir.

Geri qayıt