Əsas Səhifə > Güney Press, Araşdırma > SAMİR ŞƏRİFOV HƏDƏFDƏ

SAMİR ŞƏRİFOV HƏDƏFDƏ


30-08-2012, 12:56
SAMİR ŞƏRİFOV HƏDƏFDƏ

NAZİR TƏZYİQLƏRƏ DURUŞ GƏTİRƏ BİLƏCƏKMİ?

Azərbaycan iqtidarının daxilində böyük bir gərginlik müşahidə edilməkdədir. Xüsusilə də son zamanlar regionda baş verən prosseslər 2011-ci ilin yazın ərəb ölkələrindəki intiqalablardan sonra Azərbaycanda da siyasi dəyişikliklərin baş verməsi artıq qaçılmaz bir gerçəyə çevrilib.

İqtidar daxilində artıq bu barədə düşünənlər var. Bu barədə GUNDEMİNFO.AZ-a məlumat verən iqtidar texnloqlarından biri maraqlı analizlər və informasiyalar verməkdən də çəkinmədi. Bildirdi ki, uzun illərdir ki, iqtidar daxilində iqtisadi maraqlar uğrunda və kiçik obyektlərin ələ keçirilməsi və əldə saxlanılması istiqamətində müşahidə edilən gərginlik demək olar ki, yeni bir müstəviyə keçib.

Məlumatlara əsasəen artıq məmurlar və qruplaşmalar arasında müşahidə edilən gərginlik siyasi hədəflər və dövlət başçısına daha yaxın olmaq uğrunda gedir. «İndi hər kəs iqtidarın saxlanılması planları üzərində baş sındırır. Hakimiyyətdə hamı iqtidarın qorunub saxlanılmasını istəyir. Amma bir qismi demək olar ki, islahatların tərəfdarıdır. Onları Qərbyönümlü komanda olaraq da xarakterizə etmək olar. Digər bir komanda isə demək olar ki, heç bir islahatın aparılmamasını, hakimiyyətin isə qorunmasını birmənalı olaraq ifadə edir. Bununla belə regionda baş verən dəyişikliklər atıq yeni standartlar diqtə edir» deyə iqtidar texnloloqu olan həmsöhbətimiz bildirdi.

Maraqlıdır ki, artıq konkret olaraq ad çəkmək də mümkündür. İndi iqtidarda hər kəs maliyyə naziri Samir Şərifovun yeni bir kadr olaraq ortaya çıxacağı və İlham Əliyevlə birlikdə adının siyasi iqtidarın bölüşdürülməsində çəkilə biləcəyindən asta-asta da olsa danışır.

Hətta kifayət qədər açıq bir formada bununla bağlı olaraq müzakirələr və informasiyalar da ortadadır. Samir Şərifova xüsusilə ABŞ-ın Azərbaycandakı səfirliyindən, ümumiilikdə isə rəsmi Vaşinqtondan diqqətin artması demək olar ki, gəzən söh-söhbətləri bir qədər də betonlayır. Məsələn sonuncu dəfə ABŞ səfirliyində ABŞ-ın Konstitusiya günü ilə bağlı keçirilən tədbirdə Azərbaycan iqtidarından yalnız bir məmur dəvət edilmişdi.

ABŞ rəsmilərinin tək Samir Şərifovla əlaqələr qurması ilə bağlı olaraq istənilən halda ortada olan bir məsələdir. Məlumatlara görə, Avropa dövlətlərinin səfirləri də digər məmurlardan fərqli olaraq Samir Şərifovla daha yaxından təmas qururlar. Məhz bu informasiyalar da maliyyə nazirinin iqtidar daxilində xeyli sayda Rusiyameyilli qruplaşma üzvlərini ciddi əndişələndirməyə başlayıb. Lakin bütün bu informasiyaların fonunda görünən odur ki, Samir Şərifov 2005-ci ildə baş verənlərin təkrarı olmasın deyə daha təmkinli davranmaqdadır.

Bununla yanaşı S.Şərifova həm də ümid yeri olaraq baxan xeyli sayda islahat tərəfdarı olan komanda üzvləri də var. Məhz onlar Rusiyameyillilər tərəfindən sıxışdırıldıqlarından özlərinə yeni bir siyasi lider tapdıqlarını zənn edirlər. Hər halda 2013-cü ilin Azərbaycanda fazalı demokratiyaya keçid ili olacağı barədə deyilənlər və bu konteksdən olan informasiyalara əsasən ABŞ və Qərbin təzyiqlərinin artması barədə xəbərlər bir birini ahəngli qaydada tamamlamaqdadır.

Geri qayıt