Əsas Səhifə > Partiya > MÜXALİFƏT SÇEKİQABAĞI VƏZİYYƏTİ DƏYİŞMƏLİDİR

MÜXALİFƏT SÇEKİQABAĞI VƏZİYYƏTİ DƏYİŞMƏLİDİR


30-08-2012, 12:19
MÜXALİFƏT SÇEKİQABAĞI VƏZİYYƏTİ DƏYİŞMƏLİDİR

AP SƏDRİ VAHİD NAMİZƏD İDEYASINA QARŞI

“Azərbaycanda ictimai-siyasi durum azad, demokratik və düzgün seçkilərin keçirilməsinə xidmət etmir”, - Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli “Obyektiv”TV-yə (obyektiv.tv) müsahibəsində deyib.

İctimai inam dərhal olmayacaq, bu, fəalların böyük işinin, hakimiyyətin siyasi iradəsinin nəticəsində ola bilər. Seçki sisteminə bu cür inam atmosferi illərlə yaradılır.

Lakin bu gün əksinədir, hakim rejim elektoratın rəy və maraqlarını nəzərə almadan hakimiyyəti saxlamaq üçün bütün inzibati vasitələrdən istifadə edir. Belə olan şəraitdə total saxtalaşdırma maşını ilə mübarizə aparmaq çətindir, baxmayaraq ki, insan haqlarının pozulması pik həddinə çatıb. Əsasən toplaşma, KİV, mülkiyyət, ifadə azadlığı hüquqları pozulur.

Korrupsiya cəmiyyətin bütün təbəqələrinə ayaq açıb, bütün fəaliyyət sahələri total xarakter alıb. Vəziyyət çətinləşir və ilk mühüm səbəb olduqda narazılıq baş qaldırır. 1 mart Quba hadisələri bu cür narazılığa sübutdur.

Gələn il ölkədə prezident seçkiləri keçiriləcək və siyasi müxalifət seçkiqabağı durumu maksimum dəyişməli, öz elektoratına təsir göstərməlidir.

1992-ci ildən sonra Azərbaycanda demokratik seçkiqabağı durum olmayıb, adamlar səsvermənin real nəticələrinin dadını unudublar və seçki komissiyalarına etibar etmirlər. Seçki Məcəlləsində mühüm dəyişikliklər aparılmalıdır, bu sahədə islahatlar məmurların səsvermənin nəticələrinə təsir etmək imkanlarını heçə endirməlidir.

Q.Əlibəyli müxalifət düşərgəsində “vahid namizədin axtarışı”nın əleyhinədir. Müxalifətin vəzifəsi seçkiqabağı vəziyyəti dəyişmək, əhalinin inamı üçün zəmin yaratmaqdır.

Praktika göstərir ki, seçkilər zamanı müxalifətdən olan müşahidəçilərin nəzarəti zəif olub. Seçkilərin nəticələri elan edildikdən sonra məhkəmə təqibi (Avropa Məhkəməsinədək) hətta apellyasiya instansiyasına getməyib. Siyasi müxalifət dağınıqdır və seçkilərə bir il qaldığı vaxtda bu düşərgə demokratik islahatlar uğrunda deyil, öz maraqları uğrunda mübarizə aparır.

Q.Əlibəyli bildirib ki, partiya rəhbərliyi onun dövlət başçısı postuna namizədliyinin irəli sürülməsini vacib hesab edir.

Geri qayıt