Əsas Səhifə > Hadisə > HƏRBÇİLƏRİMİZ AĞIR YOL QƏZASINA DÜŞÜB

HƏRBÇİLƏRİMİZ AĞIR YOL QƏZASINA DÜŞÜB


30-08-2012, 12:10
HƏRBÇİLƏRİMİZ AĞIR YOL QƏZASINA DÜŞÜB

NƏTİCƏDƏ İKİ GİZİRİMİZ ÖLÜB

Azərbaycanın Füzuli rayonunda ağır yol qəzası baş verib. Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə Horadiz şəhərində qeydə alınıb.

“VAZ-2106” və “VAZ-2107” markalı iki avtomobilin toqquşması nəticəsində iki hərbçi ölüb. Ölən hərbçilər “N” saylı hərbi hissənin gizirləri – 1976-cı il təvəllüdlü Mərdan Mübariz oğlu Gözəlov və 1978-ci il təvəllüdlü Tural Telman oğlu Həsənovdur. Onların hər ikisi qəza zamanı “VAZ-2106”-da olub. Digər avtomobildə olan iki nəfər isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Geri qayıt