Əsas Səhifə > Dünya > BƏŞƏR ƏSƏDİN BÖYÜK HƏRBİ QÜDRƏTİ

BƏŞƏR ƏSƏDİN BÖYÜK HƏRBİ QÜDRƏTİ


29-08-2012, 13:04
BƏŞƏR ƏSƏDİN BÖYÜK HƏRBİ QÜDRƏTİ

SURİYA REJİMİ MƏHZ BUNUN HESABINA AYAQDA QALIR

DİA.AZ: - 2011-ci ilin mart ayından etibarən Bəşər Əsəd ona qarşı çıxan, Qərb və Türkiyə tərəfindən dəstəklənən Azad Suriya Ordusuna çox ciddi zərbələr endirməkdədir. DİA.AZ-ın xarici KİV-lərə istinadən verdiyi məlumatdan aydın olur ki, suriyalı diktatorun öz xalqına və müxalifətə qarşı amansız davranışları onun əlindəki hərbi imkanlara söykənməkdədir.

Məlumatda deyilir ki, Bəşər Əsəd rejiminin hakimiyyətdə qalmasının və Suriyanı nəzarətində saxlamasının əsas səbəbi Suriya ordusunun malik olduğu hərbi qüdrətdir. Bunun sirri isə Rusiyanın Suriyaya verdiyi hərbi dəstəkdir. Qərb mətbuatında deyilir ki, Rusiya bu gün Suriyanı silah təchizatı və hərbi texniki imkan baxımından regionun ən qüdrətli ölkəsinə çevirib.

Geri qayıt