Əsas Səhifə > Şou-biznes > MUĞAM YARIŞMASI FİNALA DOĞRU

MUĞAM YARIŞMASI FİNALA DOĞRU


29-08-2012, 12:49
MUĞAM YARIŞMASI FİNALA DOĞRU

12 OKTYABRDA QALİBLƏR MÜKAFAT ALACAQ

Beynəlxalq Muğam Mərkəzində IV Beynəlxalq Uşaq Muğam Festivalının finalçılarının və qaliblərinin yekun konserti və mükafatlandırma mərasimi keçiriləcək.

"Kainat" Gənclik Mərkəzindən Trend-ə verilən məlumata görə, oktyabrın 12-də baş tutacaq müsabiqənin təşkilat işləri başa çatmaq üzrədir.

Azərbaycan da daxil olmaqla beynəlxalq müsabiqədə daha səkkiz ölkədən (İraq, İran, Qırğızıstan, MƏR, Özbəkistan, Tacıkistan, Türkiyə, Türkmənistan) gənc istedadlar iştirak edəcəklər.

İlk dəfə olaraq müsabiqə çərçivəsində xarici ölkə nümayəndəsi, Tacikistandan olan 16 yaşlı Firdovsi Nemətov ecazkar Muğam Mərkəzinin səhnəsində "Qarabağ Şikəstəsi"nin ifası ilə öz ölkəsini təmsil etmək arzusundadır.

Qeyd edək ki, müsabiqə Azərbaycan Gənclər və İdman, Mədəniyyət və Turizm nazirliklərinin dəstəyi, PAŞA Bankın baş sponsorluğu ilə həyata keçiriləcək.

Geri qayıt