Əsas Səhifə > Şou-biznes > MÜĞƏNNİMİZƏ GECƏ 00:00 SÜRPRİZİ

MÜĞƏNNİMİZƏ GECƏ 00:00 SÜRPRİZİ


29-08-2012, 12:46
MÜĞƏNNİMİZƏ GECƏ 00:00 SÜRPRİZİ

ABBAS BAĞIROVUN DA FANATLARI VAR İMİŞ

Əməkdar artist Abbas Bağırovun rəsmi fan klubu fəaliyyətə başladı.

Milli.Az xəbər verir ki, avqustun 29-da Azərbaycanın əməkdar artisti Abbas Bağırov özünün 30 illik yubileyini qeyd edir. Sevilən müğənni şəxsi bayramında ən özəl hədiyyəsini bir qrup pərəstişkarından alıb. Abbasın sosial şəbəkələrdə qeydiyyatda olduğunu nəzərə alan ən yaxın silahdaşları, onun şərəfinə Facebook və Twitter-də rəsmi fan klub açmaq qərarına gəliblər.

Düz 29 avqust, saat 00:00-dan aktiv edilmiş shifələrdə müğənninin yaradıcılığı maksimum şəkildə işıqlandırılıb. Onu da qeyd edək ki, əməkdar artistin özü də bu sürprizdən gecə ilə xəbər tutub və bu hədiyyəni doğum günündə ona edilmiş ən maraqlı sürpriz kimi qiymətləndirib.

Geri qayıt