Əsas Səhifə > Hadisə > DAHA BİR ƏSGƏRİMİZİ İTİRDİK

DAHA BİR ƏSGƏRİMİZİ İTİRDİK


29-08-2012, 12:42
DAHA BİR ƏSGƏRİMİZİ İTİRDİK

ELŞƏN NOVRUZOV XƏSTƏLİKDƏN VƏFAT EDİB

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsgəri, 2012-ci ilin iyul ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsindən həqiqi hərbi xidmətə çağırılan, 1994-cü il təvəllüdlü Novruzov Elşən Nəriman oğlu avqustun 29-da Silahlı Qüvvələrin Baş Klinik Hospitalında vəfat edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ölümə səbəb kəskin ensefalit, fulminant gedişli (ildırım sürətli) serebral koma, (4-cü dərəcə) pərçim simptomu, (beyin kötüyü və beyincik badamcıqlarının böyük ənsə dəliyinə pərçim) toksiki nefrit, reaktiv pankreatit, infeksion – toksiki miokardit, kəskin ürək-damar və tənəffüs çatışmazlığı olub.

Silahlı Qüvvələrin və Səhiyyə Nazirliyinin baş mütəxəssisləri tərəfindən ən müasir müayinə və müalicə metodlarının tətbiqinə baxmayaraq xəstənin həyatını xilas etmək mümkün olmayıb.

Geri qayıt