Əsas Səhifə > Cəmiyyət > İRAN AZƏRBAYCANIN CƏZALANMASINI İSTƏYİR

İRAN AZƏRBAYCANIN CƏZALANMASINI İSTƏYİR


27-08-2012, 13:55
İRAN AZƏRBAYCANIN CƏZALANMASINI İSTƏYİR

XƏZƏRDƏ ÇİRKLİ MÜHARİBƏ

İran Xəzərin ekologiyasını pozduğuna görə Azərbaycanın cərimələnməsini istəyir, deyə İİR Ətraf Mühitin Qorunması Təşkilatının (ƏMQT) dəniz departamentinin rəis müavini Əbdül Rza Karbasi bildirib. Bu barədə İranın "Payvand" nəşri məlumat verir.

Karbasi qeyd edib ki, Azərbaycan tərəfi Xəzərin təmizlənməsi üzrə iş görmür, neft hasil edən zaman köhnə avadanlıqlardan istifadə edir. Onun sözlərinə görə, Tehran dənizin təmizlənməsi üzrə xərcləri müəyyən edəndən sonra məbləği cərimə kimi ödəmək üçün XİN bu məlumatı Azərbaycan hakimiyyətinə göndərəcək.

"Payvand" yazır ki, ƏMQT təmsilçisinin bəyanatı qurumun hesabatına asaslanır. Orada Gilan vilayətinin sahil rayonlarında tədqiqatların nəticəsi əksini tapıb. Sənəddə peykdən çəkilişlər yer alır. Orada 110 km uzunluğunda neft ləkələri görünür. O, Azərbaycan tərəfdən İİR sahilinə uzanır.

Son illər ekspertlər Xəzərin ekologiyası problemini dəfələrlə qaldırıblar. Bu ilin əvvəlində Xəzərin Ekologiyası İnstitutunun rəhbəri Rza Purqulam (Reza Pourgholam) bəyan edib ki, dənizin sənaye və neft çirklənməsi kritik həddə çatıb.

Onun məlumatına görə, neft yataqlarının işlənməsi və tankerlərin hərəkəti ildə dənizə 122 min ton təhlükəli maddə atılması ilə nəticələnir. Purqulam bildirib ki, İran dənizin çirklənməsi üçün məsuliyyət daşımır, oraya yalnız kənd təsərrüfatı tullantıları (gübrələr və pestisid) atır.

İran ekspertinə görə, dənizi daha çox Rusiya, Qazaxıstan və Azərbaycan çirkləndirir – şelfdə neft hasilatının çoxu bu ölkələrin payına düşür, deyə lenta.ru bildirir.

Azərbaycanın Ekologiya Nazirliyi isə İranı Xəzəri çirkləndirməkdə ittiham edib. Qurumun rəsmi məlumatına görə, hər il İİR Xəzərə 291,25 ton pestisid (zəhərli maddə), 39,1 min ton nitrat və 20,93 min ton fosforlu birləşmə, Azərbaycan isə müvafiq olaraq 1,75 ton, 25,9 min ton və 1,4 min ton tullantı atır.

Geri qayıt