Əsas Səhifə > Şou-biznes > HÜSEYN DƏRYA HƏDƏLƏNDİ

HÜSEYN DƏRYA HƏDƏLƏNDİ


27-08-2012, 13:30
HÜSEYN DƏRYA HƏDƏLƏNDİ

“O, YENƏ DƏ MƏNİM HAQQIMDA DANIŞSA”...

Repçi Hüseyn Dərya və onun keçmiş həyat yoldaşı Sona arasında qalmaqal hələ də davam edir.

Day.Az saytının məlumatına görə, Sona yerli telekanalların birinə deyib ki, bu sözünə görə Hüseyni də, jurnalisti də məhkəməyə verə bilərdi, lakin bunu etmədi.

"Hələ də başa düşə bilmirəm ki, mənim haqqımda belə şayiə yaymağın mənası nədir? Əgər o yenə də mənim haqqımda danışsa, efirə faktlarla çıxacam. Onda hamı bizim boşanmağımızın səbəblərini biləcək", - o əlavə edib.

Qeyd edək ki, bir neçə gün öncə yerli mediada Hüseyn Dəryanın keçmiş həyat yoldaşının öldüyü barədə xəbər yayılmışdı. Həyat yoldaşının öldüyünü Hüseyn Dərya özü bildirmişdi.

Geri qayıt