Əsas Səhifə > Şou-biznes > AYGÜN KAZIMOVADAN CENİFER LOPEZƏ MESAJ

AYGÜN KAZIMOVADAN CENİFER LOPEZƏ MESAJ


27-08-2012, 12:28
AYGÜN KAZIMOVADAN CENİFER LOPEZƏ MESAJ

“İKİ DİVA YAN-YANA...”

Xalq artisti Aygün Kazımova məşhur dünya ulduzları ilə bir səhnəni paylaşacaq.

Lent.az-ın məlumatına görə, bu barədə müğənni şou proqramda danışıb. O, bildirib ki, Azərbaycanda keçirilən FIFA U-17 qadınlar arasında Futbol üzrə Dünya Çempionatında çıxış etmək üçün Azərbaycanda gələcək dünyaca məşhur ulduz Cenefer Lopezlə birgə çıxış edəcək: “Çox həyəcanlıyam. Möhtəşəm şouya yüksək səviyyədə hazırlıqlar gedir. İki diva yan-yana çıxış edəcək”.

Daha sonra xalq artisti özünü ona oxşatmaq istəyənlərə də ismarış yollayıb: “Bilirsinizmi, mən artıq neçə illərdir müəllimlik edirəm. Həmin məktəb isə öz-özünə açılıb. Daha doğrusu, bu məktəbi özünü mənə oxşatmaq istəyənlər, məni təkrarlamaq arzusunda olanlar açıb. Amma bu, çox pis haldır. İnsan özü olmalıdır. Mən artıq Avropa səhnəsinə çıxıram. Son çəkilən kliplərim məhz Avropada yayımlanmaq üçün lentə alınıb”.

Geri qayıt