Əsas Səhifə > Gündəm, Manşet > ŞOK: NAZİR QARDAŞI İKİ FƏHLƏNİ ÖLÜMCÜL DÖYDÜ

ŞOK: NAZİR QARDAŞI İKİ FƏHLƏNİ ÖLÜMCÜL DÖYDÜ


27-08-2012, 12:15
ŞOK: NAZİR QARDAŞI İKİ FƏHLƏNİ ÖLÜMCÜL DÖYDÜ

NEHRƏMLİLƏR KƏMALƏDDİN HEYDƏROVA SƏRT İSMARIC YOLLADILAR

DİA.AZ: - Artıq ayrı-ayrə məmurların yaxınlarının qoçu kimi ad çıxarması sıradan bir hadisəyə çevrilib. Məsələn, Xüsusi Dövlət Mühafizə Xidmətinin rəis müavini, prezidentini şəxsi mühafizəsinin rəisi Bəylər Əyyubovun qohumu Robert Əyyubovun çatanı döyməsi ənənə halını alıb. Doğrudur, Robert Əyyubovun işi varlılarladır və ona görə də bu səbəbdən ona hətta bəzən «Robinqud» da deyirlər.

Yeni xəbərini aldığımız Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovun qardaşı Səməd Heydərov isə gücünü kasıbların üzərində sınayıb. DİA.AZ-ı bu barədə məlumatlandıran mənbənin sözlərindən belə aydın olur ki, Səməd Heydərov bağında işlətdiyi iki fəhləni ölümcül döyüb və hazırda onların ev şəraitində müalicə olunduqları söylənilir.

Kəmaləddin Heydərovun qardaşının fəhlələri döyməsinin nədəni isə onların iş zamanı öz aralarında mübahisə etmələri olub. Bu barədə DİA.AZ-a məlumatı verən qaynaq iddia edir ki, öz aralarında mübahisə edən fəhlələrə qızan Səməd Heydərov onları ilk əvvəl işdən qovub. İşsiz qalan fəhlələr isə Qala qəsəbəsində kirayə qaldıqları evlərinə gediblər: «Amma sonradan FHN şefinin qardaşı nə fikirləşibsə, iki maşın qoçusu ilə birgə fəhlələrin kirayə qaldıqları ünvana gəlib və onları ölümcül şəkildə döyüb».

Mənbənin sözlərinə görə, əslən Naxçıvanın Nehrəm kəndindən olan fəhlələri döyməklə yanaşı, onları təhqir edən nazir qardaşı hətta fəhlələrə qarşı belə bir ifadə də işlədib: «Mən yaxşı bilirəm, siz Səfərə (nazir qardaşı Dövlət GÖmrük Komitəsi sədrinin birinci müavini, əslən Nehrəm kəndindən olan Səfər Mehdiyevi nəzərdə tutur -red.) güvənib, qudurubsunuz. Onun da ağzının payını verəcəm, deyəsən, çaşıbdır»…

Bu hadisənin böyük qalmaqala səbəb olduğunu bildirən mənbəmiz onu da əlavə edib ki, Nehrəm kəndindən olan bir qrupp imkanlı şəxs isə öz növbələrində Kəmaləddin Heydərovu hədəf kimi seçərək ona ismarıclarını yollayıblar. Mənbənin söylədikləri: «Kəmaləddin Heydərova söz yollayan nehrəmlilər ondan Səmədin ağzını yummasını və onun cəzalandırılmasını tələb ediblər».

ŞOK: NAZİR QARDAŞI İKİ FƏHLƏNİ ÖLÜMCÜL DÖYDÜ

Hələlik nehrəmlilərlə Heydərovların arasındakı gərginliyin davam etdiyini bildirən mənbə DİA.AZ-a məlumatında onu da əlavə etdi ki, fəhlələrin döyülməsi ilə bağlı hüquq-mühafizə orqanlarına heç bir şikayət olunmadığından hadisə rəsmən qeydə alınmayıb.

Geri qayıt