Əsas Səhifə > Hadisə > SİYƏZƏNDƏ AĞIR YOL QƏZASI

SİYƏZƏNDƏ AĞIR YOL QƏZASI


26-08-2012, 12:31
SİYƏZƏNDƏ AĞIR YOL QƏZASI

QƏZA NƏTİCƏSİNDƏ 2 NƏFƏR ÖLÜB, 3 NƏFƏR YARALANIB

Avqustun 25-i axşam saatlarında Bakı-Siyəzən yolunun 13-cü km-də, Siyəzən rayonunun Beşdam kəndi ərazisində 2 nəfərin ölümü, 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Bakıdan Siyəzən istiqamətində hərəkət edən, 22 yaşlı Bakı şəhəri Maştağa qəsəbəsi sakini Toğrul Novruzovun idarə etdiyi 99 BG 491 dövlət nömrə nişanlı, “Nissan” markalı avtomobil qarşı tərəfdən gələn, 46 yaşlı Siyəzən şəhər sakini Kamil Əliyevin idarə etdiyi 90 KC 182 dövlət nömrə nişanlı, “Hyundai” markalı avtomobillə toqquşub.

Qəza nəticəsində “Nissan”nın sürücüsü Toğrul Novruzovun atası, 52 yaşlı Kamal Novruzov və “Hyundai”ın sürücüsü Kamil Əliyevin həyat yoldaşı, 40 yaşlı Bahar Əliyeva hadisə ölüb. Hər iki sürücü və T. Novruzovun anası, 48 yaşlı Şahbəyim Novruzova müxtəlif dərəcəli xəsarətlər alıblar.

Siyəzən Regional Diaqnostika Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilən yaralıların vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırmalar aparılır.

Geri qayıt