Əsas Səhifə > Ölkə > ELMAR VƏLİYEV GƏNCƏNİ KİMLƏRƏ TƏSLİM EDİB?

ELMAR VƏLİYEV GƏNCƏNİ KİMLƏRƏ TƏSLİM EDİB?


25-08-2012, 14:24
ELMAR VƏLİYEV GƏNCƏNİ KİMLƏRƏ TƏSLİM EDİB?

GƏNCƏ PKK-NIN ƏSARƏTİNDƏDİR

Son illər Azərbaycanda PKK ilə ilişgisi olan şəxslərlə bağlı xəbərlər zaman-zaman səslənib. Amma bu gün artıq PKK ya simpatiyası olan şəxslərin və qrupların mövcudluğu real fakta çevrilib.

PAT.AZ-in Gəncədə olan əməkdaşının dediyinə görə Gəncə hazırda demək olar ki, tamlıqla PKK-ya bağlılığı olan şəxslərin tam nəzarətindədir. Onun sözlərinə görə hətta Gəncənin icra başçısı belə onlara hansısa formada təsir edə bilmir.

Daxil olan məlumata görə Gəncədə ərzaq məhsullarının satışı, orta sahibkarlıq tam olaraq PKK ilə bir başa bağlılığı olan şəxslərin əlindədir. Bu şəxslərin əksəriyyəti isə Türkiyədən gəlib. Hətta ciddi iş adamına çevrilən bu cür şəxslərdən birinin atası PKK sıralarında indi də Türkiyədə terrorla məşğuldur. Çox qəribədir ki, bu qruplaşmalar nədənsə bir başa Türkiyə ilə yox, Qazaxıstanla bağlıdırlar. Bu da vurğulanır ki, həmin şəxslər kimlərsə tərəfindən himayə olunur və onlara qarşı hər hansı bir addım atmaq sadəcə mümkünsüzdür. Mənbə bunu da bildirir ki, son bir il ərzində məhz onların dəstəyi ilə Gəncəyə və bu zonadakı digər rayonlara kürd ailələri də gətirilir.

Geri qayıt