Əsas Səhifə > Dünya > TÜRK HƏKİM ƏMƏLİYYATDA SEKS İZLƏYİB

TÜRK HƏKİM ƏMƏLİYYATDA SEKS İZLƏYİB


25-08-2012, 13:33
TÜRK HƏKİM ƏMƏLİYYATDA SEKS İZLƏYİB

BU İDDİA İLƏ AMERİKA MƏHKƏMƏSİNƏ MÜRACİƏT OLUNDU

DİA.AZ: - ABŞ-da bir türk həkim qalmaqala səbəb olub. Belə ki, Nyu Yorkdakı Mt. Minai Hospitalında çalışan baş həkim Əhməd Çərçioğluna qarşı səslənən iddiaya görə, o, açıq ürək əməliyyatı zamanı xəstənin köksü yarılı olan vəziyyətdə əməliyyatın getməsinə baxmayaraq, cib telefonundan pornovideo izləyib.

DİA.AZ bildirir ki, bu iddianı Əhməd Çərçioğlunun işdən uzaqlaşdırdığı xəstəxananın keçmiş işçisi Sandra Morris irəli sürüb. ABŞ-ın WB11-TV kanalına verdiyi açıqlamasında Sandra Morris bildirib ki, bu günə qədər səsini çıxara bilməməsinin səbəbi onun işini itirmə qorxusu olub: «Digər həkim Rikkardo Lazala ilə birlikdə onlar həm qrup seksini, həm də gey seksini izləyirdilər. Hətta mənə göstərməkdən belə çəkinmirdilər».

Amma maraqlıdır ki, Sandra Morris həm Əhməd Çərçioğluna və həm də xəstəxana rəhbərliyinə qarşı irqi ayrıseçkilik ittihamı ilə məhkəməyə şikayət edib. O, iddia edib ki, Əhməd Çərçioğlu onu aşağılamaqla yanaşı, çətin iş şəraitində çalışmağa vadar edib.

Geri qayıt