Əsas Səhifə > Partiya, Manşet > FHN ŞEFİNDƏN RƏSUL QULİYEVƏ BÖYÜK DƏSTƏK

FHN ŞEFİNDƏN RƏSUL QULİYEVƏ BÖYÜK DƏSTƏK


24-08-2012, 13:42
FHN ŞEFİNDƏN RƏSUL QULİYEVƏ BÖYÜK DƏSTƏK

KƏMALƏDDİN HEYDƏROVU KEÇMİŞ SPİKERLƏ NƏ BİRLƏŞDİRİR?

DİA.AZ: - Redaksiyamıza hazırda ABŞ-da siyasi mühacir həyatı yaşayan keçmiş parlament sədri Rəsul Quliyevlə bağlı ilginc məlumatlar daxil olub. Xatırlayırsınızsa, hələ də hakim düşərgədə Rəsul Quliyevə dəstək verən qüvvələrin olması barədə məlumatlar yaymışdıq. Doğrudur, bu xəbərimiz iqtidara aid simalar tərəfindən böyük təpgi və narahatçılıqla qarşılandı. Amma buna rəğmən yazılanların həqiqət olduğu sonradan da təsdiqləndi.

İndi əldə etdiyimiz bilgilər isə Rəsul Quliyev-YAP iqtidarı ilişgiləri ilə bağlı yeni faktları ortaya çıxarmış olur. Məlumatlı mənbələrdən DİA.AZ-a daxil olan informasiyaya görə, bu gün Rəsul Quliyevə dəstək verənlərdən, arxa-dayaq olanlardan biri də fövqəladə hallar naziri Kəmaləddin Heydərovdur. Mənbəmiz iddia edir ki, Kəmaləddin Heydərov əslində Rəsul Quliyevin Bakıdakı bir nömrəli pulburaxanı kimi də ad çıxarıb.

Xatırladaq ki, bir müddət əvvəl Rəsul Quliyevin partiyasının rəhbərliyinə keçmiş müsavatçı, əslən Naxçıvandan olan Sülhəddin Əkbər keçid etdi. Bunun da təsadüfi olmadığını bildirən mənbəmizin sözlərinə görə, əslində Sülhəddin Əkbər hakimiyyət daxilindəki Naxçıvan klanı, konkret olaraq isə Kəmaləddin Heydərov tərəfindən hətta Müsavat Partiyasında olduğu zaman belə himayə edilib. Sülhəddin Əkbərin 2003-cü ilin 15-16 oktyabr hadisələri zamanı tutduğu mövqedən də onun hansı çevrələrlə bağlı olduğunu müəyyən etmək olar.

Mənbəmizin sözlərinə görə, Sülhəddin Əkbərin Rəsul Quliyevin Açıq Cəmiyyət Partiyasına rəhbər gətirilməsi də Kəmaləddin Heydərovun ideyası olub.

O zaman ortaya sual çıxır: Nədən Kəmaləddin Heydərov Rəsul Quliyevi dəstəkləsin ki? Mənbəmiz iddia edir ki, əslində hər şey 2013-cü il seçkilərinə hesablanıb. Rəsul Quliyevin partiyası isə bu gün kifayət qədər mövqe itkisinə uğrayan iqtidardaxili Naxçıvan qruplaşması üçün bir növ kənar təsir rıçağıdır. Və bu məsələdə Rəsul Quliyevlə Kəmaləddin Heydərovun ortaq hərəkət etmələri əslində Naxçıvan klanının öz mövqelərini qoruma niyyətiylə bağlıdır. Yəni birdən YAP iqtidarı devrilərsə, o zaman Naxçıvan klanı dəyişikliklərdən belə uduşla çıxa bilməsi üçün belə bir ehtiyat tədbirlərin ehtiyacındadır.

Geri qayıt