Əsas Səhifə > Siyasət, Manşet > SƏFƏR ƏBİYEV TƏFTİŞ ƏMRİ VERDİ

SƏFƏR ƏBİYEV TƏFTİŞ ƏMRİ VERDİ


29-10-2011, 13:05
SƏFƏR ƏBİYEV TƏFTİŞ ƏMRİ VERDİ

MN-NİN BÜTÜN STRUKTURLARI YOXLANILIR

“Azərbaycan müdafiə nazirinin əmrinə əsasən, bu gündən birlik, hərbi birləşmə, hərbi hissələr, o cümlədən hərbi təhsil müəssisələrində yoxlamalara başlanılır”.

Bunu açıqlamasında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini kapitan Teymur Abdullayev deyib.

Müdafiə Nazirliyinin hərbi hissələrində daxili yoxlamalara başlanıldığı və generallar başda olmaqla, yüksək rütbəli şəxslərin Naxçıvan da daxil olmaqla bütün bölgələrə ezam olunduğu barədə mətbuatda yayılan məlumatlara aydınlıq gətirən T. Abdullayev bunların planlaşdırılmış yoxlamalar olduğunu, hər ilin sonunda olduğu kimi, bu il də kompleks yoxlamalara start verildiyini qeyd edib.

“Yoxlamalarda əsas məqsəd yerlərdəki hərbi hissələrin işinə kömək etmək, nöqsanların aradan qaldırılmasına yardımçı olmaq, işin təşkilini daha da təkmilləşdirməkdən ibarətdir”, - deyə T. Abdullayev bildirib.


Geri qayıt