Əsas Səhifə > Gündəm, Manşet > BAKI SƏMASINDA UÇAN NAMƏLUM OBYEKT

BAKI SƏMASINDA UÇAN NAMƏLUM OBYEKT


24-08-2012, 12:12
BAKI SƏMASINDA UÇAN NAMƏLUM OBYEKT

YENİ BULVAR ƏRAZİSİNDƏ GECƏ SAATLARINDA ƏHALİ VAHİMƏLƏNDİ

DİA.AZ: - Artıq uçan naməlum obyektlərin (UNO) yaşadığımız Yer planetində görünmələri sıradan bir hadisəyə çevrilib. Bəri başdan bildirək ki, UNO-ların yadplanetlilərəmi və yaxud da Yerə aid hansısa qüvvələrə aid olması haqqında konkret olaraq heç bir bilgi mövcud deyil.

Məsələn, bu barədə Rusiyada nəşr olunan «Kim, harda, nə zaman, necə, niyə və nədən» kitabında qeyd olunub ki, əslində 1981-ci ildən etibarən dünyanın üç ölkəsi - o zamankı SSRİ, ABŞ və Yaponiya arasında gizli anlaşma əldə edilib və hər üç ölkə yüksək texnoloji imkanlara malik olan UNO-ların istehsalı ilə məşğuldur.

Hər halda, bu məlumatın nə qədər həqiqətə uyğun olduğunu bilməsək də, UNO-ların elə Azərbaycan səmalarında görünməsinə də vərdiş etmişik.

İki gün əvvəl isə Bakı səmasında yenidən UNO görünüb. Bu barədə DİA.AZ-a məlumat verən Bakı şəhər sakinlərinin sözlərinə görə, uçan naməlum obyekti asanlıqla görmək mümkün idi: «Təxminən 10 dəqiqə Xəzər dənizinin üzərində göydən asılı vəziyyətdə qaldı. Sonra isə sürətli şəkildə ziqzaqvari hərəkətlər edərək yoxa çıxdı».

Sakinlər bildirir ki, gecə saatları olmasına baxmayaraq aydın səmada UNO-nun dairəvi forması və hətta halqalarla əhatə olunması da da açıq şəkildə bəlli olub.

Geri qayıt