Əsas Səhifə > Ölkə > “ƏVƏZ ZEYNALLI DƏRHAL AZAD EDİLSİN”

“ƏVƏZ ZEYNALLI DƏRHAL AZAD EDİLSİN”


29-10-2011, 12:52
“ƏVƏZ ZEYNALLI DƏRHAL AZAD EDİLSİN”

RATİ BAŞ REDAKTORU MÜDAFİƏ ETDİ

DİA.AZ: - Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallı haqqında 3 ay müddətinə həbs qətimkan tədbiri seçilməsi ilə bağlı bəyanat yayıb.

RATİ-dən DİA.AZ-a verilən məlumata görə, bəyanatda deyilir: “Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu oktyabrın 28-də axşam saatlarında "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallı haqqında 3 ay müddətinə həbs qətimkan tədbiri seçilməsini qətiyyətlə pisləyir və Azərbaycan hökumətindən onun dərhal azad edilməsini tələb edir”.

RATİ bəyanatında onu da qeyd edir ki, bu addımlar qəzetin susdurulmağı üçün atılıb: “Bu addımlar müstəqil bir qəzetin susdurulmağı üçün atılıb və bunun məsuliyyətini birbaşa ölkə rəhbərliyi daşıyır”.

Qyed edəki, oktyabrın 19-da “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallıya qarşı millət vəkili Gülər Əhmədovanın şikayətilə cinayət işi açılıb, oktyabrın 28-də axşam saatlarında baş redaktora 3 ay həbs qətimkan tədbiri seçilib.


Geri qayıt