Əsas Səhifə > Cəmiyyət > ŞOK: DÖVLƏT QURUMUNUN BİNASINI SATIBLAR

ŞOK: DÖVLƏT QURUMUNUN BİNASINI SATIBLAR


23-08-2012, 17:43
ŞOK: DÖVLƏT QURUMUNUN BİNASINI SATIBLAR

CƏLİLABADDA GÖRÜNMƏMİŞ MAXİNASİYA

Cəlilabadda Azərbaycan reallıqlarından kəm olmayan, amma həm də «unikal» bir hadisə baş verib. TİA.AZ-a verilən məlumatlara görə, rayondakı Sanitar-Epidomolji Stansiyasının binası və ona məxsus ərazi icra başçısı tərəfindən iş adamlarına satılıb.

Belə ki, əvvəlcə idarə rəhbərliyinə tapşırıq verilib ki, yerləşmək üçün özlərinə yer tapsınlar. Ardından isə bina və ərazi satılıb. Əvəzində onları MTS-də yerləşdiriblər ki, sonradan bunun da maraqlı bir olayla müşahidə olunduğu diqqəti çəkib. TİA.AZ-a verilən məlumatda deyilir ki, əslində, Cəlilabad rayon Sanitar-Epdimoloji Stansiyanın rəhbərliyi keçmiş MTS-in binasında heç də göstərişə əsasən yerləşməyiblər. Yəni, dövlətin balansında olan binada onlara yer ayrılmayıb. Əksinə, idarənin rəhbəri MTS-in binasında məskunlaşdığına görə, aylıq icarə haqqı verirmiş.

Geri qayıt