Əsas Səhifə > Hadisə > LİTVADA QARABAĞ MÜZAKİRƏLƏRİ

LİTVADA QARABAĞ MÜZAKİRƏLƏRİ


29-10-2011, 12:49
LİTVADA QARABAĞ MÜZAKİRƏLƏRİ

DEKABR TOPLANTISINDA ENERJİ MƏSƏLƏSİ DƏ DİQQƏTDƏ OLACAQ

ATƏT ölkələri Xarici İşlər Nazirləri Şurasının dekabrın 6-7-də Vilnüsdə keçiriləcək illik yığıncağı çərçivəsində Dağlıq Qarabağ, Dnestryanı və Gürcüstanda həlli uzanan münaqişələrlə bağlı danışıqlar prosesinin gedişi qiymətləndiriləcək.

APA-nın ATƏT sədrliyinin (Litva) mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, “dondurulmuş” münaqişələrlə yanaşı, toplantıda enerji təhlükəsizliyi, kiber təhlükələr və narkotiklərin qanunsuz dövriyyəsi, Əfqanıstan və Aralıq dənizi ölkələri ilə təhlükəsizlik sahəsində əməkdaşlıq və etimadın möhkəmləndirilməsi tədbirləri müzakirə ediləcək. İclasın yekununda Litva təşkilatda sədrliyi İrlandiyaya ötürəcək.

Şuranın işində 56 üzv ölkənin, 12 Şimali Afrika dövlətinin və bir sıra Asiya ölkələrinin xarici işlər nazirlərinin, Avropa Birliyinin xarici işlər və təhlükəsizlik üzrə ali komissarı Ketrin Eştonun, ATƏT Parlament Assambleyasının prezidenti Petros Eftimiunun və bəzi beynəlxalq təşkilatların təmsilçilərinin iştirakı gözlənilir.


Geri qayıt