Əsas Səhifə > Gündəm, Manşet > PREZİDENT SEÇKİSİ MƏMURLARI AQRESSİVLƏŞDİRİB

PREZİDENT SEÇKİSİ MƏMURLARI AQRESSİVLƏŞDİRİB


23-08-2012, 15:47
PREZİDENT SEÇKİSİ MƏMURLARI AQRESSİVLƏŞDİRİB

HAKİMİYYƏT İÇİNDƏKİ İKİ RƏQİB QRUPLAŞMA QARA PİARA START VERİB

DİA.AZ: - 2013-cü ilin prezident seçkilərinin daha da yaxınlaşması səbəbindən hakimiyyətiçi qruplaşmalar arasında münasibətlər daha da gərilir. Bu barədə redaksiyamızı bilgiləndirən mötəbər qaynağın iddialarından belə məlum olur ki, korrupsiya ilə mübarizə mövzusu iç qüvvələr üçün əməlli-başlı bəhanəyə çevrilib.

Mənbənin DİA.AZ-a söylədikləri: «Artıq iki məmur arasında münasibətlər hətta düşmənçilik həddinə çatıb. Onlar bir-birilərinin əleyhinə, bir-birilərinin adamlarından dosyalar hazırlatdıraraq Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə ötürürlər».

Mənbəyə görə, bu günlərdə daha bir skandalın şahidi olacağıq: «Toqquşan məmurlardan biri rəqibinin yaxın adamının şok videolarını yaymağa hazırlaşır. Artıq bir neçə internet xəbər portalı ilə danışıqlar aparılır».

Mənbə onu da bildirdi ki, bu hadisə baş verəcəksə, artıq məsələ daha da şişmiş olacaq: «Xatırlayırsınızsa, prezident İlham Əliyev zamanında üz-üzə gələn Misir Mərdanovla Əli Nağıyevi hədələyərək onlara «siyasətlə məşğul olmaq istəyirsinizsə, istefa verin» xəbərdarlığını etmişdi. Bunun ardından aparılan araşdırmalardan sonra Əli Nağıyev əmək və əhalinin sosial müdafiəsi naziri postundan alındı. İndi də anoloji hadisələrə doğru irəliləmə var».

Mənbəmiz onu da bildirdi ki, həmin məmurların kimliyi hər kəsə məlumdur: “Bu gün əsas dava həm mövqelərin qorunması və həm də böyük pullara sahiblənmə uğrundadır. Ona görə də gələn il əgər hakimiyyətin ümumi mənada siyasi rəqib hesab etdiyi müxalifətin üzərinə yeriməsi ilə bir gərginliyə bürünəcəksə, digər yandan da iqtidardaxili çəkişmələr 2013-cü ilin şiddətli atmosferini formalaşdırmış olacaq”.

Geri qayıt