Əsas Səhifə > Hadisə > BAKIDAKI OTELDƏN İNGİLİS MEYİTİ TAPILDI

BAKIDAKI OTELDƏN İNGİLİS MEYİTİ TAPILDI


29-10-2011, 12:46
BAKIDAKI OTELDƏN İNGİLİS MEYİTİ TAPILDI

STİV FORDYERİN NECƏ ÖLDÜYÜ MƏLUM DEYİL

Bakının Yasamal rayonunda yerləşən “Wellington Heightes” otelində Böyük Britaniya vətəndaşı, 1955-ci il təvəllüdlü Stiv Fordyer Michael adlı şəxsin meyiti tapılıb.

Yasamal rayon Polis İdarəsindən APA-ya verilən xəbərə görə, həmin şəxs bir müddət əvvəl oteldə otaq kirayələyib. Onun hansı səbəbdən ölməsi hələlik məlum deyil.

Faktla əlaqədar araşdırma aparılır.


Geri qayıt