Əsas Səhifə > Gündəm, Manşet > DİQQƏT: MİLLƏTƏ ÖLÜ HEYVAN ƏTİ YEDİRİRLƏR

DİQQƏT: MİLLƏTƏ ÖLÜ HEYVAN ƏTİ YEDİRİRLƏR


23-08-2012, 15:38
DİQQƏT: MİLLƏTƏ ÖLÜ HEYVAN ƏTİ YEDİRİRLƏR

BU İŞDƏ BƏYLƏR ƏYYUBOVUN VƏ ADAMLARININ ADI HALLANDIRILIR

DİA.AZ: - Azərbaycanda ən dəyərsiz olanı insan həyatıdır. Bu barədə hər zaman fikirlər söylənilsə də, amma cavabdeh instansiyaların tükü belə tərpənmədiyindən hələ də eyni problem qalmaqdadır. Hələ də nə yedimiyimiz, nə içdiyimiz kimsənin umrunda deyil. Hələ də insan həyatını aşağılayan olaylara şahidlik etməkdəyik.

Doğrudur, görüntü olaraq bu gün Azərbaycanda satışa çıxarılan məhsulların kefiyyətinə nəzarət edən qurumlar var. Amma görüntü olaraq… Realda isə bu kimi qurumlar daha çox rüşvət tələsi funksiyasını həyata keçirirlər. Yəni rüşvətini ver, millətə nəyi istəyirsən, sat.

DİA.AZ-a daxil olan şikayət xarakterli müraciətlər də bu qəbildəndir. Qəzetimizə verilən məlumata görə, bir qrup işbaz bu gün Azərbaycana Hindistandan və Braziliyadan ölmüş heyvan ətini ixrac etməkldə məşğuldur. Qeyd edək ki, həmin işbaz çevrə ilə bağlı araşdırmalarımız davam etdiyindən daha dolğun məlumatları yaxın vaxtlarda diqqətinizə çatdıracağıq.

Mənbə bildirir ki, inək ətinin yeyilməsi Hindistanın əksər böölgələrində qadağan olunduğundan orada inəklər əksərən yaşlanaraq ölürlər: «Həmin inəklər kəsilərək Azərbaycan kimi ölkələrə çox ucuz qiymətə ixrac olunur. Təsəvvür edin, normalda bir kilosunun qiyməti 15-20 manata olan can əti Hindistandan Azərbaycana bir kiloqrammı 1 manata ixrac olunur».

Təbii ki, ölmüş heyvan ətinin bu yayın istisində insan sağlamlığına hansı formada təsir etdiyini izahlamağa heç bir lüzum yoxdur. Mənbə bildirir ki, bu gün Bakıda fəaliyyət göstərən dönərxanaların 90 faizi məhz Hindistandan ixrac olunan ölmüş heyvan ətini satışa çıxarırlar: «Restoranlarda verilən langet və bu kimi yeməklərin hazırlanmasında da Braziliya və Hindistandan ixrac olunan ucuz və həm də sağlamlıq üçün təhlükəli olan ətdən istifadə edilir».

Hər halda, bu məsələyə müvafiq dövlət qurumlarının reaksiya verməsi vacibdir. Xüsusən də bu gün daha çox ayrı-ayrı məmurların bizneslərinin qeyri-rəsmi keşikçilərinə çevrilmiş iqtisadi inkişaf nazirliyi problemə təcili müdaxilə etməlidir.

Mənbəmiz isə onu da bildirdi ki, hansısa dövlət qurumunun bu prosesə müdaxiləsi qeyri-mümkündür: «Çünki bu işin arxasında da çox nüfuzlu məmurlardan biri dayanır». Hər halda bu gün ət və ət məhsulları idxalının birbaşa olaraq Bəylər Əyyubovun nəzarəti altında olması faktı hər kəsə məlumdur. Mənbəmizin sözlərinə görə, bu işdə rəqib tanımayan Əyyubovun adamları məhz rəqabətsiz mühitdə olduqlarından istədikləri qiyməti və keyfiyyəti diqtə etməkdədirlər.

Geri qayıt