Əsas Səhifə > Ölkə > ZAVODA BASQINLA BAĞLI CİNAYƏT İŞİ BAŞLANDI

ZAVODA BASQINLA BAĞLI CİNAYƏT İŞİ BAŞLANDI


18-08-2012, 14:31
ZAVODA BASQINLA BAĞLI CİNAYƏT İŞİ BAŞLANDI

NƏHAYƏT DÖVLƏT VARLIĞINI HİSS ETDİRDİ

Bu gün (19 avqust) 10 radələrində Rövşən Zülfüqarlı Bakı Şəhər Prokurorluğunda olub. O, Keşlə qəsəbəsində yerləşən “Birlik” MMC-yə məxsus zavoda son dörd gündə olan basqınlarla və Zülfüqarlı qardaşlarına edilən ölüm təhdidiylə bağlı izahat verib.

Orada R.Zülfüqarlıya bildiriblər ki, baş verənlərlə bağlı cinayət başlanılıb, məsələ Daxili İşlər Nazirliyinin xüsusi nəzarətinə götürülüb. R.Zülfüqarlı Bakı Şəhər Prokurorluğunda olandan sonra mətbuata açıqlama verərək deyib ki, hüquq mühafizə orqanlarına güvənir: “Məndə ümid yarandı ki, zavoda basqın edən şəxslər və onlara rəhbərlik edənlər tezliklə cəzalandırılacaqlar”. \ musavat.com \

Geri qayıt