Əsas Səhifə > Sosial, Manşet > YAVƏR CAMALOVUN SƏHHƏTİNDƏ PROBLEMİ YOXDUR

YAVƏR CAMALOVUN SƏHHƏTİNDƏ PROBLEMİ YOXDUR


18-08-2012, 14:27
YAVƏR CAMALOVUN SƏHHƏTİNDƏ PROBLEMİ YOXDUR

«NAZİR TURP KİMİDİR, AMMA HƏKİMLƏR ONA BİR İL NƏZARƏT EDƏCƏK»

DİA.AZ: - Bir müddət əvvəl səhhətində problemlərinin olması barədə məlumatı yayılan Müdafiə Sənayesi Naziri Yavər Camalovla bağlı son xəbərlərdə qeyd olunurdu ki, nazirin səhhətindəki problemlər çox ciddidir. Həkimləri dəfələrlə təcili əməliyyat xəbərdarlığı etsə də, nazir yalnız müalicə olunmaqla kifayətlənib. İndi isə işə yaxınları qarışıb. Nazirin Şirvan rayonuna rəhbərlik edən qardaşı Mərdan Camalov isə israrla naziri əməliyyata razı sala bilib.

Xatırladaq ki, bir müddət əvvəl nazirin İsrailə məxsus klinikaların birində müayinədən keçməsi barədə xəbər verilmişdi, amma nədənsə MSN tərəfindən bu informasiyalar israrla təkzib olundu.

DİA.AZ-a Nazirlər Kabinetindəki mötəbər mənbələrdən ötürülən informasiyada isə bildirilir ki, Yavər Camalov bu istirahət dönəmində yenidən səhhətilə məşğul olub və bir dəfə əməliyyat da olunmağa vaxt tapıb.

Mənbə iddia edir ki, artıq nazirin vəziyyəti yaxşıdır: «Nazir turp kimidir və heç bir problemi qalmayıb. Amma həkimlər yenə də onu bir il ərzində nəzarət altında saxlayacaqlar».

Geri qayıt