Əsas Səhifə > Güney Press, Üçüncü sektor > QAZAXDA AĞIR YOL QƏZASI

QAZAXDA AĞIR YOL QƏZASI


18-08-2012, 14:02
QAZAXDA AĞIR YOL QƏZASI

ÖLƏNLƏR VƏ XƏSARƏT ALANLAR VAR

Qazaxda baş verən ağır yol qəzasında iki nəfər ölüb.

Trend-in DİN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, avqustun 17-də saat 19.20 radələrində Qazax rayonunun Yuxarı Salahlı kəndi ərazisində, kənd sakini Alim Məmmədrzayevin idarə etdiyi "Mitsubishi-Pajero" və Gürcüstan vətəndaşı Dilqəm Əhmədovun idarə etdiyi "Ford Tranzit" markalı avtomaşınlar toqquşub.

Nəticədə avtomobillərdə olan 2 sərnişin- Şamil Nuriyev və Əsmayə Hüseynova hadisə yerində ölüb, xəsarət almış hər 2 sürücü və digər sərnişinlər xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta-ağırdır.

Geri qayıt