Əsas Səhifə > Hadisə > NAZİRLİKDƏN MIRTI AÇIQLAMASI

NAZİRLİKDƏN MIRTI AÇIQLAMASI


18-08-2012, 13:29
NAZİRLİKDƏN MIRTI AÇIQLAMASI

GÖYÇAYDA BAŞ VERƏNLƏRƏ RƏSMİ İZAHAT

Avqustun 17-də Göyçayın Mırtı kəndində baş verdiyi söylənilən aksiyaya Daxili İşlər Nazirliyi aydınlıq gətirib. Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadənin “musavat.com” a verdiyi açıqlamaya görə, Göyçayda baş verən olayı bəzi KİV-lər şişirdərək, siyasi don geyindirməyə çalışıblar.

Şöbə rəisi olaya aydınlıq gətirib: “Mırtı kəndi istiqamətində öz xidməti boclarının yerinə yetirən yol polisi əməkdaşları gecə saatlarında qəbiristanlıqdan çıxan maşından şübhələniblər. Qanunun tələblərinə görə yol polisi əməkdaşları öz vəzifələrini icra ediblər və maşını saxlayıblar. Lakin, Mırtı kənd sakini Qafar Əhmədov yol polisi əməkdaşlarının tələbini yerin yetirməyib və onlara heç bir sənəd təqim etməyib. Bu zaman ətrafdakı qohumları mübahisəyə qarışıb”.

O. Mansurzadənin sözlərinə görə, mübahisəyə aydınlıq gətirilməsi üçün vətəndaşlar rayon polis şöbəsinə dəvət olunub. Nəticədə tərəflər arasındakı anlaşılmazlıq həllini tapıb. Vətəndaşlar sərbəst buraxılıblar: “Yəni, deyildiyi kimi heç bir aksiya olmayıb. Yayılan xəbərlər bəzi siyasi dairələrə mənsub KİV-lərin özlərinə tiraj yığmaq və bundan istifadə edərək ucuz tiraj yığması kimi qiymətləndirilir”.

Geri qayıt