Əsas Səhifə > Şou-biznes > "5 BALON BRİLYANTIM VAR"

"5 BALON BRİLYANTIM VAR"


18-08-2012, 13:23
"5 BALON BRİLYANTIM VAR"

XALQ ARTİSTİNDƏN İLGİNC AÇIQLAMA

İlhamə Quliyeva ad günü üçün bahalı daş-qaşlar almaqda davam edir.

Milli.Az xəbər verir ki, Azərbaycanın xalq artisti İlhamə Quliyeva avqustun 17-nə təsadüf edən ad gününü Space TV-nin canlı efirində təmtəraqlı şəkildə qeyd edib. Sənət dostlarının iştirakı ilə baş tutan proqramda sənətkar aldığı hədiyyələr barəsində bunları söyləyib:

"Dünəndən hədiyyələr almaqdayam. Baxmayaraq ki, 5 balon brilyantım var, hədiyyə olaraq dəyərli zinət əşyaları almağı sevirəm. Dünən yenicə əkiz oğul anası olan müğənni Ruhi çox gözəl brilyant dəsti bağışladı, indi də Nadir Qafarzadə üzük hədiyyə etdi. Təşəkkürlər diqqət göstərən bütün dostlarıma".

Geri qayıt