Əsas Səhifə > Cəmiyyət > DİNDAR BAŞ REDAKTOR VAXTINDAN ƏVVƏL AZAD OLUNUB
DİNDAR BAŞ REDAKTOR VAXTINDAN ƏVVƏL AZAD OLUNUB18-08-2012, 13:20 |
O, BİR İL HƏBS YATDI Dünən islamazeri.com İnternet-nəşrinin redaktoru Ramin Bayramov həbs cəzasının yarısını çəkməsi ilə əlaqədar şərti olaraq vaxtından əvvəl azadlığa buraxılıb. Xatırladaq ki, Ramin Bayramov, İslam Partiyasının sədr müavini Arif Qəniyev və “Cəfəri heyət” dini qrupunun rəhbəri Abgül Süleymanov 2011-ci il avqustun 11-də həbs ediliblər. Həmin vaxt MTN onları “Azərbaycana qarşı düşmənçilik fəaliyyətində, xarici dövlət və onun nümayəndələri ilə əlbirlikdə, həmçinin iğtişaş, ictimai təhlükəsizliyin pozulmasını və vətəndaşların itaətsizliyini təhrik etməkdə” ittiham edib. Lakin sonradan Bayramov və Qəniyev qanunsuz narkotik saxlamaq ittihamı ilə 1,5 il müddətinə azadlıqdan məhrumetmə cəzası alıb. Qəniyev iki ay əvvəl vaxtından əvvəl şərti azadlığa çıxıb. Lakin Abgül Süleymanov 10 avqust 2012-ci il tarixində qanunsuz silah, narkotik saxlamaq və millətlərarası ayrı-seçkiliyi qızışdırmaq ittihamları ilə 11 il azadlıqdan məhrumetmə cəzası alıb. Geri qayıt |