Əsas Səhifə > Dünya > «HİZBULLAH» LİDERİ İSRAİLİ HƏDƏLƏDİ

«HİZBULLAH» LİDERİ İSRAİLİ HƏDƏLƏDİ


18-08-2012, 13:16
«HİZBULLAH» LİDERİ İSRAİLİ HƏDƏLƏDİ

«İSRAİLLİLƏRİN HƏYATINI CƏHƏNNƏMƏ ÇEVİRƏRİK»

DİA.AZ: - Livandakı «Hizbullah» təşkilatı İsraili raket hücumu ilə hədələyib. DİA.AZ-ın xarici KİV-lərə istinadən verdiyi xəbərdə deyilir ki, İsrailin müdaxiləsi zamanı qarşılıq verəcəyini bildirən təşkilat lideri «Bəzi hədəfləri vura biləcək raketlərimiz var, yüz minlərlə israillinin həyatını cəhənnəmə çevirərik» şəklində açıqlama verib.

Hizbullah lideri Həsən Nəsrullah eyni zamanda Beyrutdan verdiyi açıqlamasında İsrailin ünvanına sərt ismarıclar da yollayıb. O bildirib ki, Livandakı «Hizbullah»a aid ünvanlara hücum edilərsə, yəhudilər böyük itkiyə uğrayacaqlar.

Geri qayıt