Əsas Səhifə > Dünya > ALMANİYADAN HİTLERSAYAĞI QƏRAR

ALMANİYADAN HİTLERSAYAĞI QƏRAR


18-08-2012, 13:07
ALMANİYADAN HİTLERSAYAĞI QƏRAR

MƏHƏMMƏD PEYĞƏMBƏR TƏHQİR OLUNA BİLƏR

DİA.AZ: - Almaniyanın radikal sağ təşkilatı olan «Pro Deutschland» qrupunun məscidlərin qarşısındakı aksiyalarında Məhəmməd peyğəmbərə həqarət karikaturlardan istifadə etmələrinə alman məhkəmələri tərəfindən icazə verilib. Xatırladaq ki, bu məsələn hələ 2005-ci ildə islam dünyası tərəfindən böyük etirazla qarşılanmışdı.

DİA.AZ-ın əcnəbi mətbuata istinadən yaydığı xəbərdən aydın olur ki, alman hüquqçularının verdiyi bu qərar islam dünyasını şoka salıb. Çünki hələ 2005-ci ildə Danimkarkada baş verən karikatura qalmaqalı müsəlman ölkələrində böyük etirazla qarşılanmışdı. İndii isə Almaniya özünü müsəlmanların hədəfinə çevirir.

Bildirək ki, Almaniyanın radikal sağ təşkilatı olan «Pro Deutschland» Ramazan bayramında məscidlərin qarşısında etiraz aksiyaları keçirməyi planlayır ki, həmin aksiyalarda Məhəmməd peyğəmbərə həqarət edən karikaturalardan da istifadə olunacaq. Belə bir izni alman məhkəmələri vermiş olublar.

Geri qayıt