Əsas Səhifə > Şou-biznes > İLHAMƏ QULİYEVAYA CANLI-CANLI AD GÜNÜ

İLHAMƏ QULİYEVAYA CANLI-CANLI AD GÜNÜ


18-08-2012, 12:50
İLHAMƏ QULİYEVAYA CANLI-CANLI AD GÜNÜ

ONA KİM «KOROLEVA» ADINI VERDİ?

DİA.AZ: - Bu gün tanınmış müğənni İlhamə Quliyevanın doğum günüdür. DİA.AZ xəbər verir ki, öz doğum gününü «Space» kanalının canlı efirində qeyd edən xanım sənətçi həmkarları və telekanalın tamaşaçıları tərəfindən təbrik edilib.

Ən maraqlı təbriklərdən birini isə İlhamə Quliyevanın prodüserinin azyaşlı övladı edib. O, sənətçini «koroleva» adlandırıb.

İlhamə Quliyevanı təbrik edənlər arasında məşhur kaman ustası Habil Əliyev də olub. Habil Əliyev İlhamə Quliyvanı korifey sənətkarlarla bir sıraya qoymaqla yanaşı, hətta onu oratorluğu baxımından hamıdan üstün hesab etdiyini də dilə gətirib.

Geri qayıt