Əsas Səhifə > Hadisə > GÖMRÜKÇÜLƏR 16 KİLO NARKOTİK GÖTÜRÜB

GÖMRÜKÇÜLƏR 16 KİLO NARKOTİK GÖTÜRÜB


18-08-2012, 12:44
GÖMRÜKÇÜLƏR 16 KİLO NARKOTİK GÖTÜRÜB

GÖMRÜKDƏ 9248 İNZİBATİ XƏTA BAŞ VERİB

Bu ilin yanvar-iyul ayları ərzində Dövlət Gömrük Komitəsi (DGK) qaçaqmalçılıqla bağlı 112 cinayət xarakterli fakt aşkarlayıb.

Komitədən şənbə günü Trend-ə verilən məlumata görə, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 46 fakt müəyyənləşib. Bunun nəticəsində 16265,934 qram narkotik vasitə, 6198,619 qram psixotrop maddə tutulub.

Hesabat müddətində gömrük ödənişlərinin ödənilməməsindən yayınmaya görə 3, valyuta vəsaitlərinin xaricdən qaytarılmaması ilə əlaqədar 4 fakt üzə çıxıb.

Bu ilin ilk yeddi ayında gömrük hüquqpozmaları ilə bağlı 187 nəfər təqsirləndirilib. Hesabat müddətində digər cinayət xarakterli faktların sayı isə 44-dür.

Ötən müddətdə DGK 9248 inzibatı xəta faktı aşkarlayıb.

Geri qayıt