Əsas Səhifə > Cəmiyyət > FARS-MOLLA REJİMİ ƏNDİŞƏ İÇİNDƏDİR

FARS-MOLLA REJİMİ ƏNDİŞƏ İÇİNDƏDİR


18-08-2012, 12:40
FARS-MOLLA REJİMİ ƏNDİŞƏ İÇİNDƏDİR

"İRAN HÖKUMƏTİ ZƏLZƏDƏN SONRAKI ÜSYANLARDAN QORXUR"

İranda ötən şənbə günü baş vermiş zəlzələdən sonra əhali qorxudan evlərində yaşaya bilmir, mədrəsələrin həyətindəki çadırlarda məskən salıblar, bu barədə BBC Azərbaycancaya mühacirətdə yaşayan iranlı azərbaycanlı deyib.

İsveçdə yaşayan Saleh Kamraninin sözlərinə görə, bəzi kəndlərə hələ yardım yetişməyib, tualetə və dava-dərmana ehtiyac var.
"Uçmuş evlərin altında qalıb ölmüş mal-qara cəmdəklərinin xəstəliklər yaymaq təhlükəsi var" - o deyib.

İxtisasca hüquqşünas olan Kamrani deyir ki, İrandan aldığı məlumatlara görə, yardım əsasən adi insanlar tərəfindən edilir, "dövlət tərəfindən yardım yoxdur".

Cümə axşamı Klikləyin BBC Azərbaycancaya müsahibəsində zəlzələ bölgəsi Vərziqandan olan millət vəkili Allaheverdi Qurbani deyib ki, dövlət tərəfindən yardımın olmamasına dair deyilənlər "düşmənlərin sözləridir".

Cənab Kamraninin sözlərinə görə isə, İranın Azərbaycan bölgəsində "millət vəkilindən söhbət gedə bilməz, onlar dövlət propoganda siteminin ünsürləridir".

"SİPAH yardımları alır"

Onun dediyinə görə, Əhərin millət vəkili ağlayaraq insanlara müraciət edib və yardımları birbaşa zərərçəkənlərə çatdırmağı xahiş edib. "Yardımları birbaşa özünüz aparıb verin, Qızıl Ayparaya belə etibar etməyin, söyləyib millət vəkili" - Kamrani deyir və bunu Qızıl Ayparanın "dövlət sisteminin təsiri altında olması" ilə izah edir.

İndi Azərbaycan ərazisində insanların başı zəlzələyə qarışıb, amma onlar dövlətə çox qəzəblidirlər. "Ona görə də, İnqilab Keşikçiləri (SİPAH) orada yerləşib ki, hər hansı mümkün üsyanın qarşısını alsın" - cənab Kamrani əlavə edib.

O iddia edib ki, SİPAH nümayəndələri insanlara verilən yardımları "tutub alırlar və bəzən istədikləri şəhərlərin, məsələn İsfahanın adını yardım maşınlarının üstünə vururlar ki, İranın hər yerindən yardım gəldiyini göstərsinlər və yaxud maşınların üzərinə yardımların Ali Dini liderə məxsus olduğunu yazırlar".

"Hırtıldama proqramı"

"İranın o qədər sərvəti var. İnsanlar beləmi köməksiz qalmaldır" - deyə mühacir azərbaycanlı sual edib.

O, İran hökumətinin digər təbii fəlakətlərə yardımından danışarkən deyib ki, Bəm zəlzələsindən sonra "davranışlar fərqli idi", İran o zaman yardıma tez yetişmiş və xarici yardımları qəbul etmişdi.

"Baxmayaraq ki, Bəmdə baş verən zəlzələ Şərqi Azərbaycanda baş verəndən daha güclü idi, orada ölənlərin sayı daha az idi" - cənab Kamrani deyib və bunu Azərbaycan əyalətlərinin "geridə qalmış" olması ilə izah edib.

"Səbəbi bölgənin strukturlarının sıfır olması, yoxsulluq, insanların iqtisadi durumunun çox aşağılması, evlərin palçıqdan olmasıdır" - o, əlavə edib.

Kamrani həmçinin zəlzələdən sonrakı gün televiziyada komediya şousunun yayımlanmasını tənqid edib.

"Ramazan ayında insanlar uçuq damların altında ölür, uşaqlar analarını axtarır, bunlar isə televiziyada hırtıldama proqramı yayırlar" - o, deyib.
bbc.co.uk/azeri

Geri qayıt