Əsas Səhifə > Cəmiyyət > MÜXALİFƏTİ PARÇALAMAQ İSTƏYİRLƏR

MÜXALİFƏTİ PARÇALAMAQ İSTƏYİRLƏR


17-08-2012, 13:25
MÜXALİFƏTİ PARÇALAMAQ İSTƏYİRLƏR

ELÇİBƏYİN ZƏHƏRLƏNMƏ İDDİASINİ ORTAYA ATARAQ

Ərəstun Oruclu: "Yəqin iqtidar vəziyyətin gərginliyini nəzər alıb çalışır ki, bu məsələdən istifadə etməklə bir qədər müxalifəti çətinliyə salsın"

Bakı Şəhər Prokurorluğunda eks-prezident Əbülfəz Elçibəyin zəhərlənməsi üzrə cinayət işinin istintaqının başladığı bildirilir. Məlumatda bildirilir ki, yaxın günlərdə demokratik düşərgənin bütün liderləri və tanınmış simaları istintaqa çağırılaraq dindiriləcək. Eyni halda istintaqın gedişi ilə bağlı bir neçə nəfər çağırılaraq dindirilib. Bir neçə müddət bundan öncə də daima demokratik düşərgəyə qərəz nümayiş etdirən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Əbülfəz Elçibəyin Əli Kərimli tərəfindən zəhərlənməsi ilə bağlı əlində faktların olduğunu bildirmişdi.

Hakimiyyətin müxalifətlə bağlı hazırladığı yeni planı ilə əlaqədar FaktXeber.com-a açıqlama verən “Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu, indidən hər hansı bir fikir söyləməyin çətin olduğunu bildirdi. Politoloq qeyd etdi ki, Əbülfəz Elçibəyin zəhərlənməsi ilə bağlı iddia inandırıcı görsənmir: “İstintaq 12-13 il bundan öncə baş verən hadisəni necə və nəyin əsasında araşdıracaq. Bu məsələni ilk dəfə Hafiz Hacıyevin vasitəsilə gündəmə gətirilməsi, işin hakimiyyət tərəfindən sifarişlə həyata keçirilməsindən xəbər verir. Yəqin iqtidar vəziyyətin gərginliyini nəzər alıb çalışır ki, bu məsələdən istifadə edərək bir qədər müxalifəti çətinliyə salsın.“

Sonda ekspert qeyd etdi ki, yeni planın arxasında müxalifətin parçalamaq məqsədi durur.

Geri qayıt