Əsas Səhifə > Şou-biznes > BRİLYANT DADAŞOVA TÜRK KANALINDA

BRİLYANT DADAŞOVA TÜRK KANALINDA


17-08-2012, 13:10
BRİLYANT DADAŞOVA TÜRK KANALINDA

MÜĞƏNNİMİZ RAMAZANI İSTANBULDA OLACAQ

Xalq artisti Ramazan bayramının ikinci günü türk tamaşaçılarla görüşəcək.

Milli.Az-a daxil olan məlumata görə, Azərbaycanın xalq artisti, tanınmış estrada ulduzu Brilliant Dadaşova Ramazan bayramını İstanbulda qeyd edəcək.

Bayramın ikinci günü - 20 avqust Bakı vaxtı ilə saat 15:00-da Brilliant xanım tanınmış türkiyəli model Deniz Akkayanın təqdimatında Beyaz TV-də yayımlanan "Denizin sesi" proqramında çıxış edəcək.

Onu da öyrəndik ki, xalq artisti qardaş ölkədə xeyirxahlıq missiyasından da qalmır. Müğənni fiziki qüsuru olan uşaqların yaşadığı internat evinə də baş çəkib.

Geri qayıt