Əsas Səhifə > Siyasət, Manşet > CƏLİLABAD POLİSİNƏ QARŞI ŞOK İTTİHAM GƏLDİ

CƏLİLABAD POLİSİNƏ QARŞI ŞOK İTTİHAM GƏLDİ


17-08-2012, 12:37
CƏLİLABAD POLİSİNƏ QARŞI ŞOK İTTİHAM GƏLDİ

POLİSLƏR ADAM OĞURLUĞU İLƏ MƏŞĞUL OLAN ŞƏXSLƏRİ HİMAYƏ EDİR?

DİA.AZ: - Cəlilabad rayonundan redaksiyamıza yeni şikayət məktubu daxil olub.

DİA.AZ-ın məlumatına görə, Rayon sakini Mətləb Verdiyev bildirir ki, 18 yaşına çatmamış nəvəsi Mustafayeva Zeynəb Şükür qızı bu il fevral ayının 26-da bir qrup Cəlilabad sakini tərəfindən oğurlanıb.

Şikayətçinin sözlərinə görə, hadisəni törədən şəxslər qapı bir qonşusu olan Nağıyeva Nuridə, onun qardaşı Röyal, Nuridənin qeyri-rəsmi həyat yoldaşı Həsənov Famil və şəxsiyyəti hələ də məlum olmayan orta yaşlı başqa bir qadındır. M.Verdiyev bildirir ki, adı çəkilən şəxslər onun nəvəsini taksi sürücüsü Ramil Kazımovun maşını ilə Famil Həsənovun Sumqayıtdakı evinə aparıblar.

Şikayətçinin sözlərinə görə, hadisə ilə bağlı fevralın 27-də DİN-in “102” Qaynar Xətt xidmətinə zəng ediblər. Müraciətdən dərhal sonra axtarış tədbirləri həyata keçirilib və Sumqayıt şəhər 3 saylı polis bölməsinin əməkdaşları ilə birgə 27 fevral, axşam saat 22 radələrində Sumqayıt şəhərində Yaşayan Famil Həsənovun evində axtarış aparılıb və Mustafayeva Zeynəb tapılaraq, M.Verdiyevin oğlu Verdiyev Rahimə təhvil verilib. Polislərin evə gəlməsindən xəbər tutan Famil Həsənov isə hadisə yerindən qaçıb.

Şikayətçi deyir ki, nəvəsinin oğurlanması ilə əlaqədar 28.02.2012-ci il tarixdə şikayət ərizəsi ilə Cəlilabad rayon polis şöbəsinə rəsmi müraciət edib. Amma bu günə qədər cinayətkarlarla bağlı polis idarəsi tərəfindən heç bir ciddi tədbir görülməyib.

M.Verdiyev iddia edir ki, nəvəsini qaçıran cinayətkar dəstə Cəlilabad rayonunun sabiq prokuror köməkçisi Arif Sadığova küllü miqdarda rüşvət verib və adam oğurluğunu başqa işlə pərdələyərək, istintaq materiallarında işdə cinayət tərkibi olmadığına dair rəy yazılmasına nail olublar.

Şikayəçi Mətləb Verdiyev onu da deyir ki, Cəlilabad rayon hüquq mühafizə orqanları onun ailəsinin şərəf və ləyaqətini alçaldan cinayətkar şəxsləri müdafiə edir: “Hüquq-mühafizə orqanları bütövlükdə bir ailənin namusuna olan təcavüzü, vətəndaşın şərəf və ləyaqətinin alçaldılması kimi sırıyaraq gənc nəsilə arxadan zərbə vururlar”.

M.Verdiyev bildirir ki, Cəlilabad rayonunun hüquq-mühafizə orqanları baş vermiş cinayəti ört-basdır etmək üçün bütün vasitələrə əl atıblar. O, qeyd edir ki, hətta cinayət işindəki ifadələrdə bir-birinə tərs məqamlar, təzadlı ifadələr var, ancaq buna baxmayaraq, cinayətkarlar cəzalandırılmır və cinayət işinə xitam verilərək, yetkinlik yaşına çatmamış bir qıza qarşı törədilən çirkin əmələ göz yumulub.

Şikayətçi mətbuat vastəsi ilə baş prokuror Zakir Qaralovdan xahiş edir ki, bu məsələni öz nəzarətinə götürsün və yenidən araşdırma aparılaraq, cinayətkarların qanuna müvafiq şəkildə məsuliyyətə cəlb olunmaları üçün cinayət işinin ali nəzarət qaydasında başqa bir rayonda aparılmasına köməklik göstərsin.

Geri qayıt