Əsas Səhifə > Gündəm, Manşet > BAYILDA RÖVNƏQ ABDULLAYEVƏ QARŞI ÜSYAN

BAYILDA RÖVNƏQ ABDULLAYEVƏ QARŞI ÜSYAN


17-08-2012, 12:32
BAYILDA RÖVNƏQ ABDULLAYEVƏ QARŞI ÜSYAN

NARAZI SAKİNLƏR: «21-Cİ ƏSRDİR, BAKININ MƏRKƏZİNDƏ QAZ PROBLEMİ VAR»

DİA.AZ: - Neçə müddətdir ki, Bakının mərkəzi rayonu hesab olunan Səbayelin Bayıl qəsəbəsi ərazisindəki yaşayış evlərinə təbii qazın verilməsində problemlər yaradılır. Maraqlıdır ki, aidiyyatı qurumlar axşam saatlarında təbii qaz təminatının dayandırılmasının nədənləri ilə bağlı heç bir izahat vermirlər ki, bu da artıq Bayıl qəsəbə sakinlərini çilədən çıxarıb.

Hadisə yerində olan DİA.AZ əməkdaşının sözlərindən aydın olur ki, bu gün səhər saatlarında bir qrupp Bayıl sakini ARDNŞ prezidenti Rövnəq Abdullayevə etiraz olaraq 5 saylı doğum evinin qarşısından keçən yolu kəsməyə cəhd edib. Lakin ərazidəki polis işçiləri onları kənarlaşdıra bilib.

Sakinlər bildirirlər ki, müqəddəs Ramazan ayında «Azəriqaz» onlara az qala Yezid zülmü verib: «Oruc tutanımız var, işdən gec gələnimiz var. Təbii qazın üzünə həsrət qalmışıq. Heç bir izahat da verilmir».

Oruc tutan qəsəbə sakinlərindən biri isə bildirdi ki, artıq 10 gündür obaşdana qalxa bilmir: «Qaz yoxdursa, nə ilə yemək bişirib, yeməliyik?».

Sakinlər onu da bildirdilər ki, əgər bu gün də eyni proses davam edəcəksə, o zaman Neft Şirkətinə hücum edəcəklər.

Geri qayıt