Əsas Səhifə > Sosial, Manşet > MİSİR MƏRDANOVUN YENİ DƏRS İLİ PLANI

MİSİR MƏRDANOVUN YENİ DƏRS İLİ PLANI


16-08-2012, 13:39
MİSİR MƏRDANOVUN YENİ DƏRS İLİ PLANI

TƏHSİL NAZİRİ İNDİDƏN BİRİNCİ SİNİFLƏRƏ QARMAQ ATMAĞA BAŞLAYIB

DİA.AZ: - Son iki ildə çox ciddi şəkildə mövqe və gəlir yeri itgisinə uğrayan təhsil naziri Misir Mərdanov deyəsən, ilk günündən hələ yenicə olaraq orta məktəblərə ayaq basmağa hazırlaşan birinci sinif şagirdlərinə MƏRDANOVUN TƏHSİL SİSTEMİ nədir - anlatmaq istəyir. Bu barədə DİA.AZ-a TN-dəki mötəbər mənbələr informasiya ötürüb.

Xatırladaq ki, iqtidara yaxın dəhlizlərdə Misir Mərdanovun yeni dərs ili ərəfəsində vəzifəsindən alınacağı ilə bağlı söhbətlər dolaşsa da, təhsil nazirinin özü nəinki bu fikirdə deyil, hətta yeni qazanclar barədə də düşünür.

Daxil olan məlumatlara görə, Misir Mərdanovun təlimatı ilə bvladı yeni dərs ilində birinci sinifə gedən valideynlərin hər birindən 50 manat pul tələb olunub. Belə bir tələbin əsasən paytaxt Bakıdakı orta məktəblərin əksərində səslənildiyini bildirən mənbəmiz bildirdi ki, «bahalı məktəblərdə» bu məbləğ daha da yüksəkdir: «Məsələn, 132 saylı orta məktəbin direktoru Sara xanım 100 manatdan yığır. Səbəb kimi isə «İlk zəng»ə hazırlıq göstərilir. Guya yığılan pula məktəbə müğənnilər dəvət olunacaq, konsert proqrammı təşkil ediləcək».

Mənbəmiz onu da əlavə etdi ki, valideynlərdən yığılan pulların hər birinin 20 manatı birbaşa olaraq nazirliyə ötürülür. Yəni bu il 100 nəfəri birinci sinifə qəbul edən məktəbin direktoru nazirliyə 2 min manat verməlidir.

Geri qayıt