Əsas Səhifə > Hadisə > XƏTAİ RAYONUNDA PİYADA QƏTLİAMI

XƏTAİ RAYONUNDA PİYADA QƏTLİAMI


16-08-2012, 12:54
XƏTAİ RAYONUNDA PİYADA QƏTLİAMI

“JİQULİ” İKİ PİYADANI VURDU

Avqustun 15-də Bakı şəhərinin Xəzər rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən məlumata görə, Buzovna-Mərdəkan yolunda, “Ləziz Market”in qarşısında “VAZ 2104” markalı avtomobil 2 piyadanı vurub.

Nəticədə piyadalardan biri - 1960-cı il təvəllüdlü Əliyev Firudin Yavər oğlu hadisə yerində ölüb. Digər piyada, 1946-cı il təvəllüdlü Məmmədov Məmmədkamal Əlibaba oğlu isə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Hadisədən sonra sürücü ərazidən uzaqlaşıb.

Fakt üzrə cinayət işi başlanılıb, araşdırma aparılır.

Geri qayıt